Həyatda yəqin ki, elə insanlarla qarşılaşmısınız ki, hər işi sabaha saxlayırlar və tapşırıqları vaxtında yerinə yetirmirlər. Belə insanlar bəzən özləri narahat olur, həm də ətrafındakıları səbəbsiz yerə incidir. Bəzi kişilər isə xüsusilə tənbəl olur və onlara verilən işi vaxtında bitirmirlər.
HİT.az-ın “News24” nəşrinə istinadən xəbər verir ki, numerologiyada bəzi doğum tarixləri var ki, həmin günlərdə doğulan kişilər tənbəlliyə daha çox meyilli sayılır. Bildirilir ki, bu insanların şəxsi münasibətlərində də tez-tez problemlər yarana bilər və ailə daxilində mübahisələrə daha çox rast gəlinir.
Numerologiyaya görə, ayın 3, 17, 5, 12, 8, 25, 20 və 29-cu günlərində doğulan kişilər daha passiv hesab olunur. Onların tez-tez işləri sabaha saxladıqları və tapşırıqları vaxtında bitirmədikləri qeyd edilir. Həmçinin xarakterlərinin tez alışan olduğu və ailə münasibətlərində tez-tez mübahisə etdikləri iddia olunur.
Ən tənbəl hesab olunan bürclər
Məlumata görə, Əkizlər və Dolça bürcündə doğulan insanlar da tez-tez işləri ertələmək vərdişinə malik olur. Bu xüsusiyyət isə onların uğur qazanmasına maneə yarada bilər.
Bundan əlavə, numerologiyada ayın 2, 11, 20 və 29-cu günlərində doğulan insanların Ay planetinin təsiri altında olduğu bildirilir. Ayın zəif mövqedə olması halında bu insanların tez-tez emosional dalğalanmalar yaşadığı, xırda məsələlərə görə narahat olduğu və bəzən depressiya və təşviş riskinin artdığı iddia olunur. Həmçinin onların sağlamlıqlarının da həmişə güclü olmadığı qeyd edilir.
Qeyd: Astrologiya, tarot, numerologiya, xiromantiya və oxşar praktikalar elmi sahə hesab olunmur. Onlar qədim inanclara və şərhlərə əsaslanır və elmi tədqiqatlarla təsdiqlənməyib. Bu səbəbdən bu mövzuda təqdim olunan məlumatlar daha çox əyləncə xarakteri daşıyır və mühüm qərarlar qəbul edərkən əsas götürülməməlidir.
Samir


