NASA marsroverlərinin şəkillərinin araşdırılması Qırmızı planetdə yadplanetli həyat barədə maraqlı fərziyyələrə yol açıb. Ohio Universitetinin professoru Vilyam Romoser komar və sürünənlərə bənzəyən canlıları müəyyən edib.
Hit.az xəbər verir ki, uzun illər ərzində alimlər marsroverlərdən planetdə keçmiş və ya indiki həyat əlamətlərini, əsasən kimyəvi izlər və ya mikrob fosilləri axtarmaq üçün istifadə ediblər. Lakin bu nəticələr alternativ bir nəzəriyyəni ortaya qoyur: Mars komar və sürünənlərə bənzər canlılar üçün sığınacaq ola bilər.
Romoserin “Curiosity” şəkillərinə əsaslanan təhlili bəzi obyektlərin Yer üzündəki çoxhüceyrəli canlılara — xüsusilə həşəratlar və sürünənlərə — heyrətləndirici bənzərlik göstərdiyini göstərir.
Tədqiqat NASA-nın “Curiosity” marsroverinin şəkillərinə fokuslanıb. Romoserin iddiasına görə, o, şəkillərdə uçuşda və ya sakit vəziyyətdə olan bir neçə həşərat tipli canlı aşkar edib. Professor Vilyam Romoser bu canlıları “arılar” adlandırır və onların Yer üzündəki həşəratlara bənzər xüsusiyyətlərə malik olduğunu bildirir, o cümlədən seqmentləşdirilmiş bədən, qanadlar və oynaqlı üzvlər. Tapıntılardan birində canlı akrobatik manevr edərək sərbəst düşüş edir, sonra isə uçuşunu stabilləşdirir ki, bu da Yer üzündəki həşəratlara bənzəyir:
“Arılar ölçü və tipcə fərqlənirlər. Bir neçə xarakterik anatomik xüsusiyyət — həşəratlar/çoxhüceyrəlilər — müəyyən edilib, amma hamısı eyni fərddə deyil, müxtəlif fərdlərin mozaikası şəklindədir.
Şəkillərdə müşahidə edilən anatomik strukturlar, məsələn mürəkkəb gözlər və ixtisaslaşmış üzvlər, həşəratlar daxil olmaqla geniş çoxhüceyrəli qrupa uyğundur. Romoser əlavə edir:
“Görülən həşərat tipli fauna böyük ehtimalla mağaralarda, səthin altında yuvalarda və ixtisaslaşmış strukturlarda gizlənir və ya yaşayır.”
Romoser həmçinin marsroverin şəkilləri arasında sürünənlərə bənzəyən fosilləri aşkar edib. Onun əsas tapıntılarından biri şərq kral ilanına bənzəyən nümunədir, aydın başı və simmetrik nöqtə strukturları var. Fosil böyük ağızlıdır və geniş açılma qabiliyyətinə malikdir ki, bu da Marsda sürünən tipli canlıların bir zamanlar və ya hələ də mövcud ola biləcəyini göstərir.
Sürünənlərə bənzər formalar simmetriya və anatomik xüsusiyyətlər baxımından Yer üzündəki sürünənlərlə paralellik göstərir. Romoser bu müşahidələrə əsaslanaraq fərz edir ki, Mars həyat üçün əlverişli olub və ola bilsin hələ də elədir. Bəzi şəkillərdə sürünənlər həşərat tipli canlılarla qidalanır kimi görünür.
Romoserin tədqiqatlarının nəticələri yalnız bu həyat formalarını aşkar etməklə məhdudlaşmır. O, tapıntıların yeni elmi istiqamətlərə təkan verə biləcəyini düşünür.
“Yer üzündən kənarda həşərat/çoxhüceyrəli və sürünən tipli canlıların mövcudluğu ilə bağlı sübutları nəzərə alaraq, "astroentomologiya" və "astroherpetologiya" astrobiologiyada önəmli mövzular ola bilər,” deyə o bildirib.
Romoser bu nəticələri 2019-cu ildə Amerika Entomologiya Cəmiyyətinin milli toplantısında təqdim edərkən həm maraq, həm də skeptisizm doğurmuşdu. Son nəticədən asılı olmayaraq, onun tədqiqatları Marsda həyat və yalnız mikrob deyil, daha mürəkkəb orqanizmlərin mövcudluğu mövzusunda yeni müzakirələrə yol açacaq.
Samir


