Türkiyənin son illərdə ən uzun davam edən seriallarından biri də “Gönül Dağı”dır.
“TRT1”-də yayımlanan ekran işinə maraq kifayət qədər böyükdür. Bu səbəbdən də layihə artıq 6 mövsümdür davam edir. Üstəlik, reytinqləri də olduqca yüksəkdir. Demək olar ki, hər həftə ən çox izlənilənlər arasında yer alır. İndiyə qədər çox sayda məşhur serialda rol alıb. Lakin biz serialın mövcud heyətini araşdırdıq.
Hit.az “Gönül Dağı” ulduzlarının yaşlarını təqdim edir:
1. Berk Atan (Taner) – 34 yaş (26 sentyabr 1991)
2. Semih Ertürk (Veysel) – 32 yaş (14 oktyabr 1993)
3. Ferdi Sancar (Sefer) – 45 yaş (24 mart 1980)
4. Melis Sevinç (Selma) – 26 yaş (15 dekabr 1999)
5. Hazal Çağlar (Asuman) – 30 yaş (9 noyabr 1995)
6. Serkan Kuru (Kenan) – 47 yaş (18 iyun 1978)
7. Erdal Cindoruk (Hüseyin) – 60 yaş (10 may 1965)
8. Yavuz Sepetçi (Abdullah) – 67 yaş (29 iyul 1958)
9. Nazlı Pınar Kaya (Cemile) – 34 yaş (21 yanvar 1992)
10. Eser Eyüboğlu (Selami) – 41 yaş (18 may 1984).
Pərviz Şimşək


