Bu gün tarixin vərəqlərində 19 martdayıq.
Hit.az bildirir ki, bu gün də tariximizin qanla yazıldığı günlərdən biridir.
Belə ki, 1994-cü ilin 19 martında Bakı metropolitenin "20 Yanvar" metrostansiyasında erməni terrorçuları tərəfindən terror aktı törədilib. Bu gün həmin faciənin üzərindən 32 il keçir. Həmin terror aktı nəticəsində 14 nəfər həlak olub, 49 nəfər isə yaralanıb. Tarixdə baş verən digər hadisələr isə aşağıdakı kimidir...
19 martda baş verənlər:
1895-ci ildə Lümyer qardaşları yeni patentləşdirilmiş kinematoqraflarından istifadə edərək ilk kadrlarını çəkiblər. 1982-ci ildə Qana milli futbol komandası Afrika Millətlər Kubokunda çempion olub.
19 martda doğulanlar:
1996-cı ildə Vətən Müharibəsi qəhrəmanı Qəzənfər Ağayev, 1960-ci ildə sabiq futbolçu və baş məqşçi Novruz Əzimov, 1962-ci ildə müğənni və aktyor Arzu Rzayev və 1928-ci ildə aktyor Əfrasiyab Məmmədov dünyaya gəlib.
1629-cu ildə Rusiya çarı I Aleksey, 1801-ci ildı italiya dramaturqu Salvador Kammarano, 1837-ci ildə alman fizik Oygen Lommel, 1905-ci ildə alman memar Albert Şpeer, 1919-cu ildə Cənubi afrikalı yazıçı Piter Abrahams, 1933-cü ildə amerikalı yazıçı Filip Rot, 1949-cu ildə rus müğənni Valeri Leontyev, və 1955-ci ildə amerikalı aktyor Brüs Uillis doğulub.
19 martda vəfat edənlər:
1925-ci ildə yazıçı, ictimai-siyasi xadim Nəriman Nərimanov və 1994-cü ildə Xalq artisti, bəstəkar Rafiq Babayev vəfat edib. Qeyd edək ki, Xalq artisti də “20 Yanvar” metrostansiyasında törədilən terror aktı zamanı həlak olub.
Həmçinin, 1194-cü ildə Böyük Səlcuq imperiyası sultanı III Toğrul, 1637-ci ildə macar filosof Peter Pazman, 1930-cu ildə Böyük Britaniyanın sabiq baş naziri Artur Balfur, 1955-ci ildə Macarıstanın ilk prezidenti Mixael Karoli, 2008-ci ildə ingilis yazıçı Artur Klark və 2018-ci ildə Türkiyənin dövlət xadimi Həsən Cəlal Gözəl dünyasını dəyişib.
Pərviz


