Tarixin 1 apreli...

MARAQLI
16:00 / 01.04.2026
123

Bu gün tarixin vərəqlərində yeni aya keçid edirik.

Hit.az xəbər verir ki, bu dəfə 1 aprelin tarixinə daha yaxından baxacağıq.

1 aprel dünyada Ümumdünya gülüş günü kimi qeyd olunur. Bu gün insanlar bir-birlərini aldadaraq zarafatlar edirlər. Lakin 1 aprel gülüş günü olmasına baxmayaraq, tariximizə döyüşlərin getdiyi gün kimi də düşüb. Belə ki, 2016-cı ilin 1 aprelində Azərbaycan və Ermənistan Silahlı Qüvvələri Aprel döyüşləri başlayıb. Bu,1994-cü ildən bəri tərəflər arasındakı ən şiddətli döyüş kimi tarixə yazılıb. Qəhrəman əsgərlərimiz bu döyüşlərdə zəfər qazanıblar. Döyüşlər nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar işğaldan azad olunub.

1 apreldə başqa nələr baş verib?

1992-ci ildə Azərbaycanla Niderland arasında diplomatik əlaqələr qurulub. 2012-ci ildə “Lokomotiv Bakı” Avropa Qadınlar CEV Çağırış Kubokunda çempion olub. 1939-cu ildə İspaniya vətəndaş müharibəsi başa çatıb. 1948-ci ildə Farer adaları Danimarkadan muxtariyyət alıb. 1953-cü ildə Paraqvay milli futbol komandası Amerika Kubokunu qazanıb. 1977-ci ildə Stiv Cobs və Stiv Voznyak tərəfindən “Apple” şirkəti təsis edilib. 

1 apreldə doğulanlar:
Bu gün qəhrəman şəhidlərimizin bəzilərinin doğum günüdür. Belə ki, 1967-ci ildə Milli Qəhrəman Qorxmaz Eyvazov, 1975-ci ildə Milli Qəhrəman, polkovnik Şükür Həmidov və 1997-ci ildə Milli Qəhrəman Fəqan Zalov dünyaya gəlib.

Həmçinin, 1905-ci ildə Əməkdar incəsənət xadimi, kinooperator Əsgər İsmayılov, 1953-cü ildə Milli Məclisin deputatı Aqil Abbas, 1959-cu ildə yazıçı Qəşəm Nəcəfzadə və sabiq futbolçu, baş məşqçi Vaqif Sadıqov, habelə 1985-ci ildə meyxanaçı Pərviz Bülbülə dünyaya gəlib.

Dünyada isə 1831-ci ildə isveçli rəssam Albert Anker, 1873-cü ildə rus bəstəkar Sergey Raxmaninov, 1919-cu ildə amerikalı cərrah Cozef Mürrey, 1927-ci ildə sabiq macar futbolçu Ferents Puşkaş, 1937-ci ildə aktyor, rejissor Yılmaz Güney, 1983-cü ildə rus müğənni Sergey Lazarev və 1987-ci ildə kanadalı aktrisa Makkenzi Devis doğulub. 

1 apreldə vəfat edənlər: 
1929-cu ildə xanəndə Ələsgər Abdullayev, 1954-cü ildə opera müğənnisi Əhməd Ağdamski, 1980-ci ildə Xalq artisti, aktyor İsmayıl Dağıstanlı, 1981-ci ildə Xalq şairi Rəsul Rza və 2014-cü ildə Xalq yazıçısı İsa Muğanna dünyasını dəyişib.

Dünyada isə 1968-ci ildə Sovet fiziki Lev Landau, 2012-ci ildə italiyalı futbolçu Corco Kinalya, 2017-ci ildə rus şari Yevgeni Yevtuşenko və 2020-ci ildə Adam Şlesinqer vəfat edib.

Pərviz


 

0