Türkiyənin unudulmaz yarışmalarından olan “Var mısın, yok musun” ekranlara qayıdır.
Hit.az xəbər verir ki, proqram yenidən başlayacaq.
Bu dəfə “ATV” telekanalında yayımlanacaq layihənin aparıcısı Esra Erol olacaq. Yarışmada ən böyük pul mükafatı isə 5 milyon lirə olaraq müəyyən edilib. Sevilən proqramın tezliklə başlayacağı açıqlanıb.
Qeyd edək ki, “Var mısın, yok musun” Acun Ilıcalının aparılığı ilə “Show TV”də bir dönəmə damğa vurmuş proqramlar sırasındadır.
Aslan


