Tarixin 2 apreli...

MARAQLI
16:00 / 02.04.2026
91

Bu gün tarixin vərəqlərində 2 apreldəyik.

Hit.az bildirir ki, bu gün aprel döyüşlərinin üzərindən 10 il keçir.

Belə ki, 2016-cı il aprel 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsdində aprel döyüşləri başladı. Ordumuzun uğurlu zərbələri nəticəsində Ermənistan ordusunun 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası, 320 hərbçisi məhv edildi, 500-dən artıq döyüşçüsü yaralandı. Həmçinin, işğal altında olan 2 min hektardan çox torpaqlarımız azad olundu, həmçinin Lələtəpə yüksəkliyi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi və minlərlə hektar strateji əhəmiyyətli ərazi Ordumuzun tam nəzarətinə keçdi. 

2 apreldə başqa nələr baş verib?
1992-ci ildə Azərbaycan Çin və Danimarka ilə diplomatik əlaqələr qurub. 2011-ci ildə “Azərreyl” Avropa Qadınlar CEV Çağırış Kubokunu qazanıb. 1982-ci ildə Argentina Folklend adalarını işğal edib. Onu da qeyd edək ki, 2 aprel dünyada həm Ümumdünya Autizm Maarifləndirmə Günü, həm də Beynəlxalq Uşaq Kitabı Günüdür.

2 apreldə doğulanlar:
1854-cü ildə yazıçı və dramaturq Nəcəf bəy Vəzirov, 1931-ci ildə Xalq rəssamı Altay Hacıyev, 1960-cı ildə yazıçı Aleksandr Xakimov dünyaya gəlib.

Həmçinin, 1805-ci ildə danimarkalı yazıçı Hans Xristian Andersen, 1862-ci ildə amerikalı filosof Nikolas Mürrey Batler, 1872-ci ildə amerikalı ixtiraçı Samuel Morze, 1888-ci ildə xorvat ixtiraçı Grga Novak, 1894-cü ildə Osmanlı şahzadə Səbihə Sultan, 1946-cı ildə ingilis yazıçı Syu Taunsend, 1977-ci ildə alman aktyor Maykl Fassbender, 1979-cü ildə türkiyəli müğənni Bengü, 1990-cu ildə Bosniya və Herzeqovina futbolçusu Miralem Pyaniç doğulub.

2 apreldə vəfat edənlər:
1412-ci ildə Kastilya səyyahı Ruy Qonsales de Klavixo, 1416-cı ildə I Ferdinand, 1922-ci ildə isveçrəli psixiatr Herman Rorşax, 1974-cü ildə Fransa Prezidenti Jorj Pompidu, 2005-ci ildə Roma papası II İohann Pavel, 2019-cu ildə rejissor, aktyor Rövşən Almuradlı və 2020-ci ildə italiyalı dizayner Sergio Rossi vəfat edib.

Pərviz


 

0