Tarixin 3 apreli...

MARAQLI
16:00 / 03.04.2026
90

Bu gün tarixin vərəqlərində 3 apreldəyik.

Hit.az xəbər verir ki, bu gün də Aprel döyüşlərinə təsadüf edir.

10 il əvvəl yaşanan döyüşdə Azərbaycan Ordusu tarixi zəfərə imza atdı. Üstəlik, bu zəfər 2020-ci ildəki 44 günlük Vətən müharibəsindəki qələbəmizin başlanğıcı oldu. Əslində, torpaqlarımızın işğaldan azad olunma prosesi məhz bu döyüşlərlə başladı.

Bəs 3 apreldə başqa nələr baş verib?
1948-ci ildə ABŞ prezidenti Harri Truman 16 ölkəyə 5 milyard dollarlıq yardım icazəsi verən Marşal planını imzalayıb. 2017-ci ildə Rusiyanın Sankt-Peterburq şəhər metrosunda terror aktı törədilib.

3 apreldə doğulanlar: 
1979-cu ildə Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenantı Səxavət Baxışov, 1908-ci ildə filosof Heydər Hüseynov, 1922-ci ildə arxeoloq, professor Məmmədəli Hüseynov, 1965-ci ildə dövlət xadimi Rövnəq Abdullayev, 1991-ci ildə futzalçı Rövşən Hüseynli və 1980-ci ildə müğənni İradə İbrahimova dünyaya gəlib.

Dünyada isə 1881-ci ildə İtaliyanın baş naziri Alçide De Qasperi, 1915-ci ildə türkiyəli pediatr İhsan Doğramacı, 1922-ci ildə amerikalı aktrisa Doris Dey, 1924-cü ildə amerikalı aktyor Marlon Brando, 1930-cu ildə Almaniya kansleri Helmut Kol, 1962-ci ildə türkiyəli dövlət xadimi Taner Yıldız və 1985-ci ildə ingilis müğənni Leona Lyuis doğulub. 

3 apreldə vəfat edənlər:
1967-ci ildə Xalq artisti, opera müğənnisi Vasili Nikolski, 2000-ci ildə Xalq rəssamı Asəf Cəfərov, 2008-ci ildə isə Əməkdar artist, aktrisa Şəfiqə Qasımova vəfat edib.

Həmçinin, 1896-cı ildə rus şərqşünas İlya Berezin, 1897-ci ildə alman bəstəkar Yohans Brams, 1943-cü ildə alman aktyor Konrad Feydt, 1991-ci ildə ingilis yazıçı Qrem Qrin, 2015-ci ildə türkiyəli müğənni Kayahan və 2019-cu ildə rus aktyor Aleksey Buldakov dünyasını dəyişib.

Pərviz

0