Tarixin vərəqlərində 6 apreldəyik.
Hit.az bildirir ki, bu gün ölkə və dünya tarixində bir çox hadisə ilə əlamətdardır.
Bu tarixdə müxtəlif sahələrdən olan çox sayda görkəmli şəxs dünyaya gəlib. Həmçinin, bir o qədər tanınmış simanın da aramızdan ayrıldığı gün 6 aprelə təsadüf edir. Beləliklə, tarixin 6 aprelinə nəzər salırıq...
6 apreldə nələr baş verib?
1995 -ci ildə Azərbaycan və Panama arasında diplomatik əlaqələr qurulub. 1453-cü ildə Osmanlı Sultanı II Mehmed Konstantinopolu mühasirəyə alıb. Şəhər mayın 29-na tam alınır və Konstantinopolun adı dəyişdirilərək İstanbul adlandırılıb. 1896-cı ildə Birinci Yay Olimpiya Oyunları Afinada keçirilib.
6 apreldə dünyaya gələnlər:
Ölkəmizdə 1939-cu ildə Xalq artisti, kinorejissor Tofiq İsmayılov, 1953-cü ildə Xalq artisti, aktyor Kazım Abdullayev dünyaya gəlib.
Dünyada isə 1483-cü ildə ildə italiyalı rəssam Rafael Santi, 1812-ci ildə rusiyalı yazıçı Aleksandr Herzen, 1888-ci ildə isveçli yazıçı Dan Anderson, 1928-ci ildə amerikalı bioloq Ceyms Uotson, 1964-cü ildə amerikalı dirijor David Vudord, 1974-cü ildə argentinalı aktrisa Karla Peterson və 1990-cu ildə Cənubi koreyalı aktrisa So Yoci doğulub.
6 apreldə vəfat edənlər:
1986-cı ildə Xalq artisti, aktrisa Nina Sarnatskaya, 1995-cı ildə Əməkdar artist, aktrisa Ətayə Əliyeva, 1998-ci ildə qanuni oğru Lotu Bəxtiyar, 1998-ci ildə Xalq artisti, bəstəkar Nəriman Məmmədov dünyasını dəyişib.
1520-ci ildə italiyalı rəssam Rafael Santi, 1935-ci ildə Osmanlı şahzadəsi Ömər Hilmi Əfəndi, 1971-ci ildə rusiyalı bəstəkar İqor Stravinski, 1992-ci ildə amerikalı yazıçı Ayzek Azimov, 2022-ci ildə rusiyalı deputat Vladimir Jirinovski vəfat edib.
Pərviz


