Uşağı sakitləşdirmək onun emosiyalarını “silmək” demək deyil. Ən effektiv yanaşma onun yanında olmaq, hisslərini anlamaq və onları adlandırmağa kömək etməkdir. Daha əvvəl psixoloq və professor Sem Vass bildirib ki, uşağın hisslərini inkar edən valideynlər əslində onun emosional inkişafına zərər vururlar.
HİT.az xəbər verir ki, bu barədə NLC yazır.
“Qorxma”, “Ağlama”, “Bu axmaqlıqdır” kimi ifadələr uşağa qorxu və ya kədəri yaşamaqda kömək etmir. Əksinə, bu sözlər uşağın öz emosiyalarının yanlış və ya qəbul olunmaz olduğunu düşünməsinə səbəb ola bilər.
Mütəxəssislərin fikrincə, uşağın emosiyalarını mühakimə etmədən adlandırmaq daha faydalıdır: “Görünür, sən indi qorxmusan”, “Mən görürəm ki, çox kədərlənmisən”.
Bu yanaşma uşağa öz hisslərini anlamağa kömək edir, emosional özünüdərki inkişaf etdirir və özünəinamı gücləndirir.
Uşaqlar hələ emosiyalarını sözlə ifadə etməyi tam öyrənmədikləri üçün valideyn dəstəyi onların özünü tənzimləmə bacarığının formalaşmasında əsas rol oynayır.
Uşaqlıqda hisslərin tanınması və qəbul edilməsi gələcəkdə emosional çətinliklərin daha asan idarə olunmasına kömək edir.
Samir


