Bəzi insanlar inanır ki, doğum günü insanın şəxsiyyətini dəyişə bilər və bu da onun necə yaşamasına, işləməsinə və başqaları ilə münasibət qurmasına təsir göstərir. Numeroloqların fikrincə, müəyyən günlərdə doğulan qadınlar, xüsusilə “Mulank” (kök rəqəmlər) 1, 5, 8 və 9-a uyğun olanlar, ailədə emosional və struktur dayaq kimi qəbul edilir.
HİT.az xəbər verir ki, bu barədə "The Times of India" yazır.
Güclülər və liderlər: 1, 10, 19 və 28
Mulank 1 olan qadınların liderlik xüsusiyyətlərinə sahib olduğu düşünülür. Onlar tez-tez düşünmədən hərəkət etsələr də, düzgün etdiklərinə inanırlar.
Çətinliklər zamanı insanlar məhz onlara müraciət edir. Nə istədiklərini bildikləri üçün qəti qərarlar verə və məqsədlərinə çatmaq üçün hər şeyi etməyə hazır olurlar.
Tarazlı düşüncə: Mulank 5 (5, 14, 23)
Mulank 5-ə sahib insanlar ağıllı və tez öyrənən hesab olunur. Onlar emosional və zehni gücləri sayəsində ailə problemlərini daha balanslı həll edə bilirlər.
Çətin vəziyyətlərdə sakit qalaraq ünsiyyət və çevik düşünmə bacarığı ilə hərəkət edirlər.
Güclü dayaq: Mulank 10 (8, 17, 26)
Mulank 8 olan qadınların güclü və dözümlü olduqları iddia edilir. Onların qarşılaşdıqları çətinliklərin hər biri onları daha da gücləndirir.
Onlar sakit, az danışan, lakin ailəsi üçün məsuliyyəti üzərinə götürən insanlardır.
Qoruyucu güc: 9, 18 və 27
Mulank 9-a sahib qadınların mehriban və yardımsevər olduğu qeyd edilir. Onlar ailələrini sevir və onları qorumaq üçün cəsarətli davranırlar.
Doğru ilə yanlışı ayırd edərək çətin anlarda başqalarının müdafiəsinə qalxırlar.
Nəticə olaraq, numerologiya elmi izahlar təqdim etməsə də, bu yanaşmalar insanların güclü və dayanıqlı şəxsiyyətləri necə təsəvvür etdiyini göstərir.
Qeyd: Astrologiya, tarot, numerologiya, xirofoniya, ekstrasensorika və digər oxşar praktikalar elmi fənlər deyil. Onlar qədim ənənələrə, inanclara və elmi araşdırmalarla təsdiqlənməmiş şərhlərə əsaslanır. Bu metodlar akademik elmi dairələrdə qəbul edilmir və bu mövzulu materiallar çox vaxt əyləncə xarakteri daşıyır. Onları qərar vermək və ya plan qurmaq üçün etibarlı vasitə kimi qəbul etmək olmaz. Psixologiya və sağlamlıqla bağlı məsələlərdə hər zaman elmi mütəxəssislərə müraciət edilməlidir.
Samir


