Türkiyənin “Kanal D” telekanalının reytinqləri alt-üst edən serialı “Uzak Şehir”in heyətinə daha bir məşhur qatılıb.
Hit.az xəbər verir ki, aktyor Mehmet Akyaç da ekran işində çəkiləcək.
O, layihədə “Engin şef” obrazına həyat verəcək. Sözügedən xarakter “Alya”nın qonşusu olaraq izləyicilərin qarşısına çıxacaq.
Bəs Mehmet Akyaç kimdir?
Aktyor karyerası ərzində “Kader Bağları”, “İyilik”, “Kırgın Çiçekler”, “Bir Litre Gözyaşı” və “Bir Zamanlar Kıbrıs” kimi seriallarda rol alıb.
Aslan



