Bu gün tarixin vərəqlərində 9 apreldəyik.
Hit.az bildirir ki, bu gün də ölkəmiz və dünyamız üçün bir sıra hadisələrlə yadda qalıb.
Xüsusilə müxtəlif sahələrdə adlarını tarixə yazdırmış görkəmli şəxslərin bəzilərinin doğum tarixləri 9 aprelə təsadüf edir. Bundan əlavə, 9 apreldə aramızdan ayrılan bir o qədər tanınmış sima da var.
9 apreldə nələr baş verib?
1940-cı ildə İkinci Dünya müharibəsi zamanı Almaniya Danimarka və Norveçi işğal edib. 1961-ci ildə Kuybışev Dövlət Akademik Opera və Balet Teatrında Niyazinin “Çitra” baletinin premyerası keçirilib.
9 apreldə doğulanlar:
1886-cı ildə Xalq artisti, aktyor Sidqi Ruhulla, 1905-ci ildə şair Cəfər Rəmzi, 1946-cı ildə aktyor Ceyhun Mirzəyev və 1993-cü ildə cüdoçu Məmmədəli Mehdiyev dünyaya gəlib.
Həmçinin, 1336-cı ildə Teymurilərin başçısı Əmir Teymur, 1598-ci ildə alman bəstəkar İohann Krüger, 1757-ci ildə polşalı aktyor Voyçex Boquslavski, 1821-ci ildə fransız şair Şarl Bodler, 1835-ci ildə Belçika kralı II Leopold, 1933-cü ildə fransız aktyor Jan-Pol Belmondo, 1938-ci ildə Rusiyanın baş naziri Viktor Çernomırdin, 1963-cü ildə türkiyəli aktyor Erdal Tosun və 1990-ci ildə amerikalı aktrisa Kristen Stüart doğulub.
9 apreldə vəfat edənlər:
1974-cü ildə general-mayor Teymur Bünyadov, 2019-cu ildə Əməkdar incəsənət xadimi, aktyor Zirəddin Tağıyev dünyasını dəyişib.
Dünyada 1483-cü ildə İngiltərə kralı IV Eduard, 1626-cı ildə ingilis filosof Frensis Bekon, 1754-cü ildə alman filosof Xristian Volf, 1904-cü ildə İspaniya kraliçası II İzabella, 1918-ci ildə gürcü rəssam Niko Pirosmani, 1959-cü ildə amerikalı rəssam Frank Lloyd Rayt və 2014-cü ildə serb yazıçı Svetlana Velmar-Yankoviç vəfat edib.
Pərviz


