Tarixin 10 apreli...

MARAQLI
16:00 / 10.04.2026
48

Bu gün tarixin səhifələrində 10 apreldəyik.

Hit.az bildirir ki, 10 aprel Azərbaycanda İnşaatçılar Günü kimi qeyd olunur.

Dünyada isə bu taxi Beynəlxalq Bacı-Qardaş Günüdür. Həmçinin, bu tarixdə bir sıra mühüm hadisələr baş verib, habelə görkəmli şəxslər dünyaya gəlib və aramızdan ayrılıb. Elə isə tarixin 10 aprelinə nəzər salaq...

10 apreldə nələr baş verib?
1970-ci ildə Pol Makkartni “The Beatles” qrupundan ayrıldığını açıqlayıb. 1994-cü ildə Nigeriya milli futbol komandası Afrika Millətlər Kubokunda çempion olub. 2009-cu ildə İsrafil Aşurlı Şimal qütbünə çatan ilk azərbaycanlı olub. 2010-cu ildə Milli Məclisin qəbul etdiyi qərara əsasən, Dəvəçi şəhərinin adı Şabran olaraq dəyişdirilib.

10 apreldə doğulanlar:
1946-cı ildə Milli Qəhrəman, şəhid Yelmar Edilov, 1906-cı ildə pambıqçı Bəsti Bağırova, 1923-cü ildə yazıçı Salam Qədirzadə, 1938-ci ildə sabiq xarici işlər naziri Tofiq Qasımov, 1939-cu ildə Xalq artisti, xanəndə Teymur Mustafayev və 1956-cı ildə şairə Xanım İsmayılqızı dünyaya gəlib.

Dünyada isə 1826-cı ildə Osmanlı paşası Mustafa Cəlaləddin Paşa, 1868-ci ildə ingilis aktyor Corc Arliss, 1932-ci ildə misirli aktyor Ömər Şərif, 1952-ci ildə amerikalı aktyor Stiven Siqal, 1973-cü ildə braziliyalı sabiq futbolçu Roberto Karlos və 1979-cu ildə yunan repçi Pavlos Fissas doğulub.

10 apreldə vəfat edənlər:
1992-ci ildə Milli Qəhrəman Valeh Müslümov Birinci Qarabağ müharibəsi zaman gedən döyüşlərdə şəhid olub.

1931-ci ildə livanlı şair Cübran Xəlil Cübran, 1950-ci ildə türkiyəli siyasətçi Fevzi Çaxmaq, 1966-cı ildə ingilis yazıçı İvlin Vo, 1979-cu ildə italiyalı bəstəkar Nino Rota, 2008-ci ildə Xalq artisti, bəstəkar Ramiz Mustafayev və 2010-cu ildə Polşa Prezidenti Lex Kaçinski vəfat edib.

Pərviz

0