Tarixin 13 apreli...

MARAQLI
16:00 / 13.04.2026
52

Bu gün tarixin vərəqlərində 13 apreldəyik. 

Hit.az bildirir ki, bu tarixdə də bir sıra mühüm hadisələr baş verib.

Dünyanın müxtəlif yerlərində tarixi əhəmiyyət kəsb edən proseslər yaşanıb. Bundan əlavə, bir sıra mühüm şəxslərin doğum və vəfat tarixləri 13 aprelə təsadüf edir. Beləliklə, 13 aprelin tarixinə nəzər salırıq...

13 apreldə baş verənlər:
1796-cı ilin bu günü ABŞ-yə ilk dəfə Hindistandan fil gətirilib. 1945-ci ildə SSRİ və Bolqarıstan Vyananı işğal etdi. 1975-ci ildə Livanda vətəndaş müharibəsi başladı. 1985-ci ildə Ramiz Alia Albaniyada hakimiyyətə gəldi.

13 apreldə doğulanlar:
Azərbaycanda 1922-ci ildə Əməkdar artist, arfa ifaçısı Aida Abdullayeva, 1929-cu ildə şair Tofiq Mütəllibov və 2002-ci ildə futbolçu Musa Qurbanlı dünyaya gəlib.

Dünyada isə 1743-cü ildə ABŞ-nin 3-cü prezidenti Tomas Cefferson, 1771-ci ildə Böyük britaniyalı ixtiraçı Riçard Trevitik, 1883-cü ildə rus bəstəkar Aleksandr Aleksandrov, 1960-cı ildə sabiq alman futbolçu Rudi Völler, 1963-cü ildə rus şahmatçı Harri Kasparov, 1978-cü ildə sabiq ispan futbolçu Karles Puyol və 1983-cü ildə çilili sabiq futbolçu Klaudio Bravo doğulub.

13 apreldə vəfat edənlər:
1904-cü ildə rus rəssam Vasili Vereşşagin, 1968-ci ildə rus coğrafiyaçısı Pyotr Savitski, 1992-ci ildə türk riyaziyyatçı Feza Gürsey, 2006-cı ildə şotland yazıçı Muriyel Spark, 2015-ci ildə alman yazıçı Günter Qrass və 2022-ci ildə fransız aktyor Mişel Buke vəfat edib.

Pərviz
 

0