Tarixin 30 apreli...

MARAQLI
16:00 / 30.04.2026
39

Bu gün tarixin vərəqlərində 30 apreldəyik.

Hit.az bildirir ki, 30 aprel Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən Beynəlxalq Caz Günü kimi qeyd olunur. 

Həmçinin, bu gün Pakistanda Şəhidlər Günü, Paraqvayda Müəllim Günü, Rusiyada Dövlət Yanğın Xidməti Günü, Vyetnamda isə Yenidən Birləşmə Günüdür.

Lakin 30 aprel Azərbaycan üçün olduqca faciəvi bir gündür. Belə ki, bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror aktının üzərindən 17 il ötür. 2009-cu ilin bu günü akademiyanın Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğlu qarşısına çıxan hər kəsə “Makarov” tipli tapançadan atəş açıb. Terror nəticəsində 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Terrorçu binanın sonuncu mərtəbəsində əlindəki silahla özünü vuraraq intihar edib. 

30 apreldə başqa nələr olub?
1937-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun “Koroğlu” operasının premyerası keçirilib. 1992-ci ildə Kəlbəcər rayonundakı Ermənistan Silahlı Qüvvələrinin təcili olaraq hərbi əməliyyatları dayandırmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi qəbul edilib. 1996-cı ildə Azərbaycan və Andorra arasında diplomatik əlaqələr qurulub. 

Dünyada isə 1789-cu ildə Nyu-Yorkun Uoll-Stritdəki Federal Zalın eyvanında Corc Vaşinqton ABŞ-nin ilk seçilmiş prezidenti kimi and içib. 1812-ci ildə Luiziana ABŞ-nin 18-ci ştatı olub.

30 apreldə doğulanlar:
1991-ci ildə Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsinin qazisi Şahin Hüseynquliyev, 1917-ci ildə dövlət xadimi, professor Ənvər Əlixanov, 1942-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının sabiq rektoru, professor Siyavuş Qarayev, 1947-ci ildə Xalq artisti, tarzən Ramiz Quliyev və 1966-cı ildə Xalq artisti, qarmon ifaçısı Ənvər Sadıqov dünyaya gəlib.

Dünyada isə 1883-cü ildə çexiyalı yazıçı Yaroslav Haşek, 1916-cı ildə amerikalı riyaziyyatçı Klod Şennon, 1949-cu ildə BMT-nin baş katibi Antoniu Quterreş, 1967-ci ildə rusiyalı müğənni Filipp Kirkorov, 1982-ci ildə amerikalı aktrisa Kirsten Danst, 1985-ci ildə israilli aktrisa Qal Qadot, 1990-cu ildə kanadalı müğənni Mak Demarko və 1992-ci ildə alman futbolçu Mark-Andre ter Ştegen doğulub.

30 apreldə vəfat edənlər:
1992-ci ildə Milli Qəhrəman, Şuşa özünümüdafiə batalyonunun komandiri Ramiz Qəmbərov Birinci Qarabağ müharibəsi zamanı şəhid olub. 

1989-cu ildə italiyalı kinorejissor Serco Leone, 2010-cu ildə Xalq artisti, rəqqasə Əminə Dilbazi, 2020-ci ildə meksikalı müğənni Oskar Çavez və hindistanlı aktyor Rişi Kapur, 2021-ci ildə sabiq gənclər və idman naziri Azad Rəhimov və 2022-ci ildə niderlandlı futbol agenti Mino Rayola vəfat edib.

Pərviz


 

0