Bu gün tarixin vərəqlərində 1 maydayıq.
Hit.az bildirir ki, bu gün dünyada Beynəlxalq Əmək Günü kimi qeyd olunur.
Bu gün həm də saytımızın yarandığı gündür. 1 may 2020-ci ildə Hit.az xəbər portalı fəaliyyətə başlayıb. Daima oxucular üçün maraqlı və aktual xəbərlər hazırlayan saytımızın 6 yaşı tamam olur.
1 mayda baş verənlər:
1707-ci ildə Şotlandiya, Uels və İngiltərə Böyük Britaniya adı altında birləşdi. 1889-cu ildə 1 may dünyada işçilərin ortaq bayramı olaraq qəbul edildi. 1940-ci ildə keçirilməli olan yay olimpiadası müharibə səbəbindən ləğv edildi. 1961-ci ildə Kubanın baş naziri Fidel Kastro Kubanı sosialist ölkəsi elan edir və seçkiləri ləğv edir. 1955-ci ildə Gəncə trolleybusu təsis edilib. 2016-cı ildə “Qarabağ” Azərbaycan Premyer Liqasında çempionu olub.
1 mayda doğulanlar:
1970-ci ildə hərbçi, Birinci Qarabağ müharibəsi şəhidi Mais Əsədov, 1974-cü ildə Milli Qəhrəman Faiq Cəfərov, 1901-ci ildə Aşıq Bəhmən Göyçəli, 1910-cu ildə Xalq artisti, opera müğənnisi Sürəyya Qacar, 1918-ci ildə Sovet ixtiraçısı Başir Rameev, 1928-ci ildə Əməkdar rəssam Tələt Şıxəliyev, 1929-cu ildə fitopatoloq, professor Firuddin Babayev, 1934-cü ildə yazıçı İsi Məlikzadə, 1940-ci ildə rəssam Ənvər Əsgərov, 1947-ci ildə Əməkdar incəsənət xadimi, bəstəkar Rauf Əliyev, 1959-cu ildə Xalq artisti, aktrisa Firəngiz Mütəllimova, 1965-ci ildə Xalq artisti, xanəndə Zabit Nəbizadə və 1970-ci ildə Xalq artisti, xanəndə Gülyaz Məmmədova dünyaya gəlib.
Dünyada isə 1868-ci ildə Finlandiya kralı Fridrix Karl, 1952-ci ildə türkiyəli müğənni və aktrisa Müşerref Akay, 1969-cu ildə amerikalı kinorejissor Ves Anderson və 1987-ci ildə italiyalı futbolçu Leonardo Bonuççi doğulub.
1 mayda vəfat edənlər:
1950-ci ildə yazıçı Məmməd Səid Ordubadi, 1999-cu ildə dövlət xadimi Əliş Ləmbəranski və 2015-ci ildə dövlət xadimi Vəfa Quluzadə vəfat edib.
1870-ci ildə fransız riyaziyyatçı Qabriel Lame, 1896-cı ildə İran şahı Nasirəddin şah Qacar, 1904-cü ildə çexiya bəstəkarı Antonin Dvorjak, 1945-ci ildə alman siyasətçi Yozef Gebbels, 1968-ci ildə ingilis diplomat Harold Nikolson, 2011-ci ildə Böyük britaniyalı boksçu Henri Kuper və 2014-cü ildə türkiyəli aktrisa Muazzez Bora dünyasını dəyişib.
Pərviz


