Türkiyədə keçən həftənin ən çox izlənilən serialları bəlli olub.
Hit.az xəbər verir ki, 4-10 may tarixlərində “Total” kateqoriyasında “Taşacak Bu Deniz” zirvədə yer alıb.
Siyahıda ən çox diqqətçəkən “Now TV” olub. Belə ki, adıçəkilən kanal uzun müddət sonra 3 serialla onluqda təmsil olunub. “Eşref Rüya” və “Gönül Dağı” kimi iddialı layihələr isə siyahıdan kənarda qalıb.
Beləliklə, ötən həftənin ən çox izlənilən seriallarının siyahısını təqdim edirik:
1. “Taşacak Bu Deniz” – “TRT1”
2. “Uzak Şehir” – “Kanal D”
3. “Sevdiğim Sensin” – “Star”
4. “Yeraltı” – “Now TV”
5. “Kızılcık Şerbeti” – “Show TV”
6. “Güller ve Günahlar” – “Kanal D”
7. “Halef: Köklerin Çağrısı” – “Now TV”
8. “Teşkilat” – “TRT1”
9. “Çirkin” – “Star”
10. “Kıskanmak” – “Now TV”.
Pərviz Şimşək


