Niyə təyyarə pəncərələrində dəliklər var? - Pilot onların əsl funksiyasını açıqladı

MARAQLI
20:39 / 12.05.2026
42

Təyyarə pəncərələrindəki kiçik dəliklərin nə üçün olduğu uzun müddətdir bir çox sərnişinin diqqətini çəkir. Pilotlardan biri bu detalların əsl funksiyasını izah edib.

HİT.az xəbər verir ki, bu barədə "Express" yazır.

Məlumata görə, təyyarə pəncərələri tək bir şüşədən ibarət deyil, üç ayrı qatlı konstruksiyaya malikdir. Məhz bu sistem uçuş zamanı sərnişinlərin təhlükəsizliyini təmin edir.

Pəncərələrdəki bu kiçik dəliklər "havalandırma dəlikləri" və ya "drenaj dəlikləri" adlanır. "Mirror" nəşrinin məlumatına əsasən, onlar orta şüşə qatında yerləşir və əsas funksiyası kabin daxilində təzyiq balansını qorumaqdır.

"YouTube"da "Mentour Pilot" adı ilə tanınan bir pilotun izahına görə, üçqat şüşə sistemində ən xarici qat yüksək təzyiq və xarici təsirlərə qarşı müqavimət üçün hazırlanır. Bu qatla orta qat arasında isə hava boşluğu mövcuddur.

Drenaj dəlikləri həmin hava boşluğunda təzyiqin tənzimlənməsinə kömək edir və artıq gərginliyin yığılmasının qarşısını alır.

Pilotun sözlərinə görə: “Əgər bu dəliklər olmasaydı, təzyiq və temperatur fərqi qatlar arasında gərginlik yaradardı və şüşələr içəri və ya çölə doğru əyilməyə çalışardı. Bu kiçik dəlik hava axınını yavaş şəkildə təmin edərək bu təzyiq fərqini aradan qaldırır”.

Ən daxili şüşə qatında isə belə dəlik yoxdur. Mütəxəssisin izahına görə, bu qat xüsusi olaraq kabin daxilində hava axınının sabit saxlanması üçün hazırlanıb.

Bundan başqa, bu dəliklərin başqa bir funksiyası da nəmin yığılmasının qarşısını almaqdır. “Bu, şüşə qatları arasında nəmin toplanmasını çətinləşdirir və pəncərələrin buxarlanmasının qarşısını alır”, deyə pilot əlavə edib.

Samir

0