Müdriklik hər zaman yaşla formalaşmır. Bəzi insanların isə sanki doğuşdan yüksək intuisiya, empatiya və dərin anlayışa malik olduğu düşünülür. Numerologiya bu ideyanı müəyyən tarixlər üzərindən izah etməyə çalışır.
HİT.az xəbər verir ki, bu barədə "Portal6" yazır.
Qeyd olunur ki, numerologiyada müəyyən rəqəmlərin xüsusi “vibrasiyalara” malik olduğu və insanın xarakterinə, dünyanı qavrayışına təsir göstərə bildiyi iddia edilir. Bu yanaşma elmi olaraq təsdiqlənməyib və daha çox ənənəvi inanclara əsaslanır.
Bu interpretasiyaya görə, ayın bəzi günlərində doğulan insanlar daha dərin düşüncə tərzi, yüksək emosional anlayış və güclü intuisiya ilə xarakterizə olunur.
Müdrikliklə əlaqələndirilən dörd doğum tarixi
9-da doğulan insanlar adətən güclü kollektiv düşüncə ilə seçilir. Onlar yalnız şəxsi deyil, ümumi maraqları da nəzərə almağa meyllidirlər və geniş perspektivdən qərar verməyə çalışırlar.
18-də doğulanlar liderlik və strategiya xüsusiyyətlərini birləşdirirlər. Bu insanlar ambisiya ilə sosial məsuliyyət arasında balans qurmağa meylli olur və daha düşünülmüş qərarlar verirlər.
27-də doğulan şəxslər güclü intuisiya ilə əlaqələndirilir. Onların emosional vəziyyətləri daha həssas olur və başqalarının hisslərini anlamaqda daha çevik davrandıqları iddia edilir.
25-də doğulanlar isə empatiya və yaradıcılıqla xarakterizə olunur. Bu insanlar fərqli baxış bucaqlarını anlamağa meylli olur və konfliktlərdə vasitəçi rolunu daha rahat yerinə yetirirlər.
Samir


