Bu gün tarixin vərəqlərində 12 maydayıq.
Hit.az bildirir ki, bu gün də ölkəmiz və dünyada bir çox tarixi hadisə baş verib.
Bu gün onları xatırlayacağıq. Həmçinin, 12 mayda bir çox görkəmli şəxs dünyaya gəlib. Bundan başqa, bəziləri də məhz bu gün də aramızda ayrılıb. Onu da diqqətə çatdıraq ki, bu gün dünyada Beynəlxalq Tibb Bacıları Günü kimi qeyd olunur.
12 mayda baş verənlər:
1994-cü ildə Birinci Qarabağ müharibəsi bitib. 1995-ci ildə Azərbaycan və Venesuela arasında diplomatik əlaqələr qurulub. 2017-ci ildə Bakıda 2017 İslam Həmrəyliyi Oyunlarının açılışı olub. 2021-ci ildə Şuşada 30 ildən sonra Xarıbülbül Musiqi Festivalı keçirilib.
Dünyada isə 1949-cu ildə SSRİ-nin 11 aydır davam edən Berlin blokadası aradan qaldırılıb. 1965-ci ildə SSRİ-nin “Luna-5” peyki Ayın səthində qəzaya uğrayıb. 2008-ci ildə Çinin Sıçuan əyalətində baş verən zəlzələ nəticəsində təxminən 70 min nəfər həyatını itirib. 2010-cu ildə Türkiyə ilə Rusiya arasında viza anlaşması imzalanıb. 2025-ci ildə isə PKK terror qruplaşması ləğv olunduğunu rəsmən elan edib.
12 mayda doğulanlar:
1907-ci ildə Xalq artisti bəstəkar Səid Rüstəmov, 1932-ci ildə dövlət xadimi Sabit Abbasəliyev, 1935-ci ildə ssenarist Valid Sənani, 1938-ci ildə Azərbaycanın 1-ci prezidenti Ayaz Mütəllibov və 1994-cü ildə futbolçu Azər Əliyev doğulub.
Həmçinin, 1845-ci ildə fransız bəstəkar Qabriel Fore, 1855 -ci ildə rus bəstəkar Anatoli Lyadov, 1937-ci ildə amerikalı komediya aktyoru Corc Karlin və 1987-ci ildə paraqvaylı futbolçu Erik Ramos dünyaya gəlib.
12 mayda vəfat edənlər:
1815-cı ildə Şəki xanı Fətəli xan, 1964-cü ildə dövlət xadimi Ağamirzə Əhmədov, 1995-ci ildə yazıçı İsi Məlikzadə, 1997-ci ildə Xalq rəssamı Salam Salamzadə, 2005-ci ildə Xalq artisti, xanəndə Sara Qədimova və 2011-ci ildə teatr rejissoru Vaqif İbrahimoğlu vəfat edib.
Həmçinin, 1884-cü ildə çexiyalı bəstəkar Bedrjix Smetana, 1933-cü ildə macar yazıçı Dyula Krudi, 1935-ci ildə Polşanın baş naziri Yuzef Pilsudski, 1972-ci ildə rus rəssam Arkadi Plastov, 1985-ci ildə fransız rəssam və heykəltaraş Jan Dübüffe dünyasını dəyişib.
Pərviz


