Yüksək IQ-ya malik insanların ən çox seçdiyi 3 hobbi

MARAQLI
15:26 / 13.05.2026
43

Psixoloqlar illərdir araşdırırlar ki, niyə bəzi insanlar intellektual fəaliyyətləri, digərləri isə passiv istirahəti seçir. Tədqiqatlara görə, yüksək koqnitiv qabiliyyətə malik insanlar yaddaşı, diqqəti və yaradıcılığı inkişaf etdirən hobbilərə daha çox üstünlük verirlər.

HİT.az xəbər verir ki, bu barəd İMF yazır.

Mütəxəssislər vurğulayırlar ki, hobbilər insanı “dahiyə” çevirmir, lakin beynin aktiv qalmasına və düşünmə bacarıqlarının inkişafına kömək edə bilər.

Yüksək IQ-ya malik insanların ən çox seçdiyi hobbilər

Ən geniş yayılmış məşğuliyyətlərdən biri musiqi alətlərində ifa etməkdir. Bu fəaliyyət eyni anda yaddaşı, koordinasiyanı və diqqəti inkişaf etdirir. Musiqi alətində ifa etməyi öyrənmək səbir və ardıcıllıq tələb edən bir prosesdir.

Digər populyar hobbi isə kitab oxumaqdır. Mütəmadi oxu, hətta bədii ədəbiyyat belə, beyinə yeni stimullar verir, təxəyyülü inkişaf etdirir və diqqət qabiliyyətini gücləndirir.

Həmçinin yüksək intellektli insanlar arasında sudoku və məntiq tapmacaları da çox yayılıb. Bu tip fəaliyyətlər operativ yaddaşı, analitik düşüncəni və qanunauyğunluqları aşkar etmə bacarığını inkişaf etdirir.

Yalnız kitab və musiqi deyil

Psixoloqlar yüksək intellektə malik insanlara tez-tez maraqlı olan digər fəaliyyətləri də qeyd edirlər.

Bunlara daxildir:

* şahmat
* krossvord və “scrabble”
* proqramlaşdırma
* strateji stolüstü oyunlar
* xarici dillərin öyrənilməsi

Bu fəaliyyətlər konsentrasiya, planlama və sürətli qərarvermə bacarığı tələb edir.

“Tipik intellektual maraq” nədir?

Tədqiqatlarda tez-tez TIE (Typical Intellectual Engagement) anlayışından istifadə olunur. Bu anlayış insanın mürəkkəb tapşırıqlara təbii marağını və düşünmə tələb edən fəaliyyətlərə meylini təsvir edir.

Yüksək TIE səviyyəsinə malik insanlar daha çox oxuyur, məntiqi tapşırıqlar həll edir, elm və yaradıcılıqla maraqlanır.

Mütəxəssislər bildirirlər ki, beynin fəaliyyətinə yalnız intellektual hobbilər deyil, digər faktorlar da təsir edir. Müsbət təsir göstərən amillər arasında bunlar da var:

* müntəzəm fiziki aktivlik
* meditasiya və nəfəs məşqləri
* yaradıcılıq fəaliyyəti
* könüllülük
* yeni bacarıqların öyrənilməsi

Psixoloqların fikrincə, diqqət, öyrənmə və davamlı məşğulluq tələb edən istənilən fəaliyyət beyin funksiyalarını yaxşılaşdıra bilər.

Samir

0