Bu gün tarixin vərəqlərində 13 maydayıq.
Hit.az bildirir ki, bu gün Azərbaycanda və dünyada bir sıra mühüm hadisələr baş verib.
13 may bir çox görkəmli şəxsin doğum, bəzilərinin isə vəfat günüdür. Bu gün həmçinin Türkiyədə Türk Dili Bayramı günü kimi qeyd olunur. Beləliklə, tarixin 13 mayına nəzər salırıq...
13 mayda baş verənlər:
1846-cı ildə ABŞ Konqresi Meksikaya müharibə elan edib.1888-ci Braziliyada köləlik rəsmən qadağan olunub. 1929-cu ildə İranın Xorasan bölgəsində baş verən dəhşətli zəlzələdə təxminən 3 min nəfər həlak olub. 2017-ci ildə “Avroviziya” Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Diana Hacıyeva “Skeletons” mahnısı ilə 14-cü yeri tutub.
13 mayda doğulanlar:
1985-ci ildə Vətən Müharibəsi Qəhrəmanı, şəhid baş gizir Mehrab Niftəliyev, 1913-cü ildə Əməkdar artist, aktrisa Aliyə Terequlova, 1919-cu ildə Əməkdar artist, tarzən Adil Gəray, 1943-cü ildə Xalq yazıçısı Elçin, 1972-ci ildə Milli Məclisin VI və VII çağırış deputatı Erkin Qədirli dünyaya gəlib.
Həmçinin, 1907-ci ildə ingilis yazıçı Dafna dü Morye, 1967-ci ildə amerikalı müğənni Çak Şuldiner, 1968-ci ildə Avstraliyanın baş naziri Skott Morrison, 1985-ci ildə türkiyəli aktyor və müğənni Oğuzhan Koç, 1986-cı ildə norveçli müğənni Aleksandr Rıbak və 1993-cü ildə belçikalı futbolçu Romelu Lukaku doğulub.
13 mayda vəfat edənlər:
1809-cu ildə şair Molla Vəli Vidadi, 1982-ci ildə Xalq artisti, bəstəkar Qara Qarayev və 2016-cı ildə voleybolçu və məşqçi Feliks Məmmədov vəfat edib.
1930-cu ildə norveçli səyyah Frityof Nansen, 1956-cı ildə rus yazıçı Aleksandr Fadeyev, 1961-ci ildə amerikalı aktyor Qeri Kuper, 1962-ci ildə amerikalı rəssam Frans Klayn və 2002-ci ildə ukraynalı futbolçu və baş məşqçi Valeri Lobanovski dünyasını dəyişib.
Pərviz

