Tarixin 14 mayı...

MARAQLI
15:30 / 14.05.2026
86

Bu gün tarixin vərəqlərində 14 maydayıq.

Hit.az bildirir ki, bu gün ölkəmizdə və dünyada bir sıra mühüm proseslər baş verib. 

Bir çox mühüm şəxsin doğum və vəfat günləri 14 maya təsadüf edir. Həmçinin, dünyanın müxtəlif ölkələri bu günü fərqli şəkildə qeyd edirlər. Məsələn, 14 may Liberiyada Milli Birlik Günü, Paraqvayda isə Bayraq Günüdür. İndi isə tarixin 14 mayına nəzər salırıq...

14 mayda baş verənlər:
2011-ci ildə “Avroviziya” Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Eldar Qasımov və Nigar Camal “Running Scared” mahnısı ilə müsabiqənin qalibi olublar. 2016-cı ildə isə “Avroviziya” Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Səmra Rəhimli “Miracle” mahnısı ilə 17-ci yeri tutub.

Dünyada isə 1796-cı ildə Edvard Cenner təbii çiçək xəstəliyinin ilk peyvəndini həyata keçirib. 1811-ci ildə Paraqvay İspaniyadan ayrılaraq müstəqilliyini elan edib. 1900-cu ildə II Yay Olimpiya Oyunları Parisdə keçirilib. 1940-cı ildə İkinci Dünya müharibəsi zamanı Almaniya Niderlandı işğal edib. 1948-ci İsrail dövləti qurulub. 1955-ci ildə Sovet İttifaqı daxil olmaqla, 8 kommunist bloku ölkəsi Varşava Müqaviləsi Təşkilatı adlı qarşılıqlı müdafiə müqaviləsi imzalayıb. 1973-cü ildə ABŞ-nin ilk kosmik stansiyası olan “Skylab” orbitə buraxılıb.

14 mayda doğulanlar:
1916-cı ildə dövlət xadimi Vəli Axundov, 1995-ci ildə şahmatçı Nicat Abasov, 1902-ci ildə latviyalı pianpçu Lütsiya Qaruta, 1928-ci ildə Kuba inqiliabçısı Ernesto Çe Qevara, 1944-cü ildə amerikalı kinorejissor Corc Lukas, 1969-cu ildə amerikalı aktrisa Keyt Blanşett, 1973-cü ildə türkiyəli sabiq futbolçu Hakan Ünsal və 1984-cü ildə “Facebook”un qurucusu Mark Zukerberq dünyaya gəlib.

14 mayda vəfat edənlər:
1992-ci ildə Milli Qəhrəman Qasım Rzayev Birinci Qarabağ müharibəsi zamanı şəhid olub.

1912-ci ildə Danimarka kralı VIII Frederik, 1976-cı ildə geoloq, akademik Şamil Əzizbəyov, 1985-ci ildə Xalq artisti, tarzən Bəhram Mansurov, 1987-ci ildə amerikalı aktrisa Rita Heyvort, 2019-cu ildə amerikalı aktyor Tim Konuey və 2021-ci ildə estoniyalı bəstəkar Ester Myaqi vəfat edib.

Pərviz

0