Türkiyədə maraqlı hadisə yaşanıb.
Hit.az xəbər verir ki, İstanbulda boşanmağa hazırlaşan cütlük məhkəməyə qeyri-adi protokol təqdim edib.
Onlar, evlilik boyunca birlikdə saxladıqları pişiklər üçün xüsusi protokol hazırlayıblar. Belə ki, xanım həyat yoldaşından pişiklərin xərci üçün aylıq aliment verməsini tələb edib. Həmçinin, kişinin bəzi günlərdə pişikləri görməsinə şərait yaradılması da protokolda qeyd olunub.
Beləcə, İstanbulda məhkəmə prosesi keçirilib. 2 illik evliliklərini bitirən cütlüyün pişikləri ilə bağlı da qərar verilib. Məhkəmənin qərarına əsasən, pişiklərin hər üçün xanımın himayəsində qalacaq. Üstəlik, kişi pişiklər üçün aylıq aliment ödəyəcək, lakin onun heyvanları görməsinə icazə verilməyib.
Qeyd edək ki, Türkiyədə daha əvvəl də boşanan cütlüklərin pişikləri ilə bağlı bənzər qərarlar verilib.
Pərviz

