Tarixin 10 iyulu...

MARAQLI
14:35 / 10.07.2026
163

Bu gün tarixin vərəqlərində 10 iyuldayıq.

Hit.az xəbər verir ki, bu gün ölkə və dünya gündəmində bəzi tarixi hadisələrlə yadda qalıb.

10 iyul çox sayda görkəmli şəxsin doğum günü kimi də xatırlanır. Eyni zamanda, bəzi tarixi şəxslərin də vəfat günü məhz bu günə təsadüf edir. Beləliklə, tarixin 10 iyuluna nəzər salırıq.

10 iyulda baş verənlər:
1992-ci ildə Azərbaycan və Kanada arasında diplomatik əlaqələr qurulub. 1890-cı ildə Vayominq ABŞ-nin 44-cü ştatı olub. 1960-cı ildə SSRİ milli futbol komandası Avropa Çempionatını, 2016-cı ildə isə Portuqaliya milli futbol komandası eyni turniri qazanıb. 1991-ci ildə Boris Yeltsin ilk seçilmiş Rusiya prezidenti kimi vəzifəyə başlayıb. 2019-cu ildə sonuncu “Volkswagen Beetle” Meksikanın Puebla şəhərində istehsal edilib. 2021-ci ildə Argentina milli futbol komandası Amerika Kubokunu qazanıb.

10 iyulda doğulanlar:
1970-ci ildə Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Şikar Aslanov, 1909-cu ildə kinorejissor Niyazi Bədəlov, 1929-cu ildə Əməkdar rəssam, heykəltaraş Əhməd Tsalikov və 1930-cu ildə Əməkdar incəsənət xadimi, nasir Sabir Əhmədli doğulub.

Həmçinin, 1792-ci ildə ABŞ dövlət xadimi Corc Dallas, 1830-cu ildə fransız rəssamı Kamil Pissarro, 1856-cı ildə serbiyalı fizik Nikola Tesla, 1895-ci ildə alman bəstəkar Karl Orf, 1920-ci ildə amerikalı fizik Ouen Çemberlen, 1925-ci ildə Malayziya baş naziri Mahathir Məhəmməd, 1947-ci ildə rus aktyor İlya Oleynikov, 1977-ci ildə ingilis aktyor Çivetel Eciofor və 1985-ci ildə alman futbolçu Mario Qomez dünyaya gəlib.

10 iyulda vəfat edənlər:
1969-cu ildə Əməkdar rəssam, kino rəssamı Cəbrayıl Əzimov, 1559-cu ildə Fransa kralı II Henri, 1561-ci ildə Osmanlı sədrəzəmi Rüstəm Paşa, 1805-ci ildə ingilis rəssam Corc Stabbs, 1884-cü ildə amerikalı şahmatçısı Pol Morfi, 1966-cı ildə özbək şair Qafur Qulam, 2006-cı ildə Çeçenistanın səhra komandiri Şamil Basayev və 2015-ci ildə misirli aktyor Ömər Şərif vəfat edib.

Pərviz

0