Bu gün tarixin vərəqlərində 5 avqustdayıq.
Hit.az xəbər verir ki, bu gün bəzi tarixi hadisələrlə yadda qalıb.
Həmçinin, 5 avqust bir sıra görkəmli şəxsin doğum günü kimi xatırlanır. Eyni zamanda, bəzi tarixi şəxslərin də vəfat günü bu günə təsadüf edir. Onu da əlavə edək ki, bu gün Azərbaycanda Hərbi Donanma Günüdür. Bundan başqa, Burkina-Fasoda Müstəqillik Günü, Xorvatiyada isə Qələbə Günüdür. Beləliklə, tarixin 5 avqustuna nəzər salırıq.
5 avqustda baş verənlər:
2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında güləşçi Rövşən Bayramov gümüş, güləşçi Emin Əhmədov isə bürünc medal qazanıb. 1789-cu ildə Fransada təhkimçilik hüququ ləğv edilib. 1940-cı ildə Latviya SSRİ-nin tərkibinə qəbul olunub. 1962-ci ildə Nelson Mandela həbs olunub. 1963-cü ildə ABŞ, Böyük Britaniya və Sovet İttifaqı Nüvə Sınaqlarının Qismən Qadağası Müqaviləsini imzalayıblar. 2016-cı ildə XXXI Yay Olimpiya Oyunları Rio-de-Janeyroda keçirilib.
5 avqustda doğulanlar:
1890-cı ildə Xalq artisti, opera müğənnisi Məmmədtağı Bağırov, 1950-ci ildə yazıçı Rafiq Tağı, 1958-ci ildə müğənni, aktrisa Firəngiz Rəhimbəyli, 1958-ci ildə Xalq rəssamı Sakit Məmmədov və 1972-ci ildə aktyor, rejissor Aqil M. Quliyev doğulub.
Xaricdə isə 1844-cü ildə rus rəssam İlya Repin, 1850-ci ildə fransız yazıçı Gi de Mopassan, 1868-ci ildə rus tarixçi Boris Turayev, 1930-cu ildə amerikalı astronavt Nil Armstronq, 1968-ci ildə fransız deputat Marin Le Pen və 2004-cü ildə ispaniyalı futbolçu Qavi dünyaya gəlib.
5 avqustda vəfat edənlər:
1991-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Akif Əkbərov Birinci Qarabağ müharibəsi zamanı şəhid olub.
1819-cu ildə Şəki xanı İsmayıl xan Xoyski, 1951-ci ildə Əmək qəhrəmanı, neftçi Piri Quliyev, 1895-ci ildə alman filosof Fridrix Engels, 1940-cı ildə amerikalı səyyah Frederik Kuk, 1952-ci ildə misirli nüvə fiziki Samirə Musa, 1957-ci ildə alman kimyaçı Henrix Viland, 1987-ci ildə rus aktyor Anatoli Papanov, 1991-ci ildə yaponiyalı mühəndis və sənayeçi Soiçiro Honda, 2019-cu ildə amerikalı yazıçı Toni Morrison və 2020-ci ildə yunanıstanlı müğənni Aqafon İakovidis vəfat edib.
Pərviz


