Bu gün tarixin vərəqlərində 7 avqustdayıq.
Hit.az xəbər verir ki, bu gün bəzi əhəmiyyətli hadisələrlə yadda qalıb.
Həmçinin, 7 avqust bir sıra görkəmli şəxsin doğum günüdür. Eyni zamanda, bəzi tarixi şəxslərin də vəfat günü də 7 avqustdur. Onu da qeyd edək ki, bu gün Kolumbiyada Boyaka Döyüşü Günü, Kot-d'İvuarda Müstəqillik Günü, ABŞ-də isə Milli Bənövşəyi Ürək Günüdür. Beləliklə, tarixin 7 avqustuna nəzər salırıq.
7 avqustda baş verənlər:
2020-ci ildə Tokioda keçirilən Yay Olimpiya Oyunlarında güləşçi Hacı Əliyev və karateçi İrina Zaretska gümüş, güləşçi Mariya Stadnik isə bürünc medal qazanıb. 1714-cü ildə Qanqut döyüşü baş verib və Rusiya Hərbi Dəniz Qüvvələrinin ilk mühüm qələbəsi olub. 1960-cı ildə Kot-d'İvuar Fransadan ayrılaraq müstəqilliyini qazanıb. 2004-cü ildə Yaponiya milli futbol komandası Asiya Kubokunu qazanıb.
7 avqustda doğulanlar:
1930-cu ildə Azərbaycanın Xalq rəssamı Toğrul Nərimanbəyov, 1819-cu ildə ukraynalı şair Panteleymon Kuliş, 1941-ci ildə amerikalı caz musiqiçisi Hovard Conson, 1944-cü ildə amerikalı vəkil və dövlət xadimi Robert Müller, 1947-ci ildə ukraynalı müğənni Sofiya Rotaru, 1954-cü ildə rusiyalı futbolçu və baş məşqçi Valeri Qazzayev, 1969-cu ildə amerikalı və rus pianoçu Aleksey Sultanov və 1975-ci ildə CAR əsilli amerikalı aktrisa Şarliz Teron dünyaya gəlib.
7 avqustda vəfat edənlər:
1960-cı ildə Əməkdar artist aktyor Yusif Dadaşov, 2008-ci ildə Əməkdar elm xadimi, uroloq Mirməmməd Cavadzadə və 2012-ci ildə Milli Məclisin sabiq sədri, Azərbaycan Dövlət Universitetinin keçmiş rektoru Murtuz Ələsgərov dünyasını dəyişib.
Həmçinin, 1900-cü ildə alman siyasətçi Vilhelm Libknext, 1917-ci ildə ingilis pilot Edvin Danninq, 1921-ci ildə rus şair Aleksandr Blok, 1937-ci ildə fransız rəssam Anri Lebask, 1938-ci ildə gürcü yazıçı Yekaterina Qabaşvili, 1941-ci ildə hindistanlı şair və yazıçı Rabindranat Taqor və 1944-cü ildə Osmanlı şahzadəsi Əhməd Nuri Əfəndi vəfat edib.
Pərviz


