Tarixin 10 avqustu...

MARAQLI
16:00 / 10.08.2026
37

Bu gün tarixin vərəqlərində 10 avqustdayıq.

Hit.az xəbər verir ki, bu gün sıra tarixi hadisələrlə yadda qalıb.

Həmçinin, 10 avqust bir sıra görkəmli şəxsin doğum günü kimi xatırlanır. Eyni zamanda, bəzi tarixi şəxslərin də vəfat günü bu günə təsadüf edir. Onu da qeyd edək ki, bu gün Ekvadorda Kitonun Müstəqillik Bəyannaməsi Günüdür. Beləliklə, tarixin 10 avqustuna nəzər salırıq.

10 avqustda baş verənlər:
1990-cı ildə Tbilisi-Ağdam marşrut avtobusu partladılıb. 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında boksçular Məhəmmədrəsul Məcidov və Teymur Məmmədov bürünc medal qazanıb. 1821-ci ildə Missuri ABŞ-nin 24-cü ştatı olub. 1910-cu ildə Antanta Dövlətləri və Osmanlı imperiyası arasında Sevr müqaviləsi imzalanıb.

10 avqustda doğulanlar:
1910-cu ildə Əməkdar incəsənət xadimi, aktyor İsmayıl Əfəndiyev, 1949-cu ildə Xalq artisti, xanəndə Qəndab Quliyeva, 1973-cü ildə keçmiş futbolçu və baş məşqçi Emin Ağayev, 1992-ci ildə isə sabiq futbolçu Mirhüseyn Seyidov doğulub. 

Həmçinin, 1845-ci ildə qazaxıstanlı şair Abay Kunanbayev, 1865-ci ildə rus bəstəkar Aleksandr Qlazunov, 1896-cı ildə çexiyalı jurnalist Milena Yesenka, 1912-ci ildə braziliyalı yazıçı Jorje Amadu, 1928-ci ildə amerikalı müğənni Eddi Fişer, 1935-ci ildə gürcü bəstəkar Giya Kançeli, 1960-cı ildə ispanıyalı aktyor Antonio Banderas, 1960-cı ildə gürcü aktyor və kinorejissor Mamuka Kikaleyşvili, 1973-cü ildə argentinalı futbolçu Xavyer Zanetti və 1975-ci ildə türk futbolçu İlhan Mansız dünyaya gəlib.

10 avqustda vəfat edənlər:
1961-ci ildə azərbaycanlı şair, professor Cəfər Xəndan, 1759-cu ildə İspaniya kralı VI Ferdinand, 1876-cı ildə ingilis şərqşünas Edvard Vilyam Leyn, 1896-cı ildə alman mühəndis Otto Liliental, 1900-cü ildə osmanlı sədrəzəmi Əhməd Cavad Paşa, 1945-ci ildə amerikalı mühəndis və fizik Robert Qoddard, 1980-ci ildə Pakistanın sabiq prezidenti Yəhya xan və 2001-ci ildə rus kinorejissor Stanislav Rostotski vəfat edib.

Pərviz

0