Sentyabr ayının ilk həftələri bəzi bürclər üçün uğurlu dövr vəd edir. Astroloq Emma Ceydinin proqnozuna görə, xüsusilə üç bürc sentyabrın 22-dək mühüm imkanlarla qarşılaşa və uzun müddətdir arzuladıqları nəticələrə yaxınlaşa bilərlər.
HİT.az xəbər verir ki, bu barədə "YourTango" yazıb.
Oğlaq
Qız bürcünün mövsümü Oğlaqlar üçün onsuz da əlverişli hesab olunur. Lakin bu dəfə şərait onların xeyrinə daha çox dəyişə bilər.
Astroloqun sözlərinə görə, sentyabrın 10-dək Merkuri Qız bürcündə olacaq və bu müddət ərzində Oğlaqların mühüm məsələlərdə atdığı addımlar daha tez nəticə verə bilər. Planlaşdırılan işlərdə irəliləyiş əldə etmək və uzun müddətdir qarşıya çıxan maneələri aradan qaldırmaq üçün əlverişli şərait yarana bilər.
Oğlaqlar öz mövqelərini daha inamlı şəkildə müdafiə etməli, şəxsi sərhədlərini qorumaqdan çəkinməməlidirlər. Xüsusilə sentyabrın 10-u mühüm tarix kimi göstərilir. Bu gündən sonra Merkurinin Qız bürcündən çıxması ilə əlverişli enerjinin tədricən zəifləyəcəyi iddia olunur.
Buğa
Son dövrdə həyatının müxtəlif sahələrində durğunluq hiss edən Buğalar üçün vəziyyət dəyişə bilər. Astroloji proqnoza əsasən, qarşıdakı həftələrdə bəzi məsələlər daha aydın görünməyə başlayacaq.
Emma Ceydinə görə, Uranın Buğa bürcündən çıxması bu dəyişikliklərdə əsas amillərdən biridir. Astroloq hesab edir ki, Buğalar uzun müddətdən sonra daha sabit və rahat bir mərhələyə qədəm qoya bilərlər.
Bununla belə, sentyabrın ortalarından etibarən əvvəldən təxirə salınmış bir sıra söhbətlər gündəmə gələ bilər. Bu dəfə öz fikirlərini və hisslərini açıq ifadə etmək daha asan olacaq. Nəticədə uzun müddətdir üzərlərində hiss etdikləri təzyiqdən qurtulmaq və şəxsi maraqlarına daha çox diqqət ayırmaq mümkün ola bilər.
Qız
Qız bürcü siyahıda təsadüfən yer almayıb. Sentyabr Qızların mövsümüdür və bu dövrdə onların özlərini daha inamlı hiss edə biləcəkləri bildirilir.
Merkurinin Qız bürcündə olması onların detallara diqqətini və analiz qabiliyyətini ön plana çıxarır. Astroloqun fikrincə, bu bürcün nümayəndələri ətrafındakı insanların diqqət etmədiyi məqamları daha tez görə və mürəkkəb məsələlərdə düzgün qərar verə bilərlər.
Sentyabrın 11-də baş verəcək yeni ay da Qızlar üçün xüsusi tarix kimi təqdim edilir. Bu dövr yeni başlanğıc üçün fürsət yarada və uzun müddətdir həyata keçirmək istədikləri planlara start verməyə sövq edə bilər.
Qarşılarına bir neçə seçim çıxsa da, Qızlara yalnız başqalarının rəğbətini qazanmaq üçün qərar verməmək tövsiyə olunur. Onlar həqiqətən maraq göstərdikləri istiqamətə üstünlük versələr, bunun gələcəkdə karyeralarına müsbət təsir göstərə biləcəyi iddia edilir.
Samir


