Tarixin 21 sentyabrı...

MARAQLI
11:30 / 21.09.2026
184

Bu gün tarixin vərəqlərində 21 sentyabrdayıq.

Hit.az xəbər verir ki, bu gün sıra tarixi hadisələrlə yadda qalıb.

Həmçinin, 21 sentyabr bir sıra görkəmli şəxsin doğum günü kimi xatırlanır. Eyni zamanda, bəzi tarixi şəxslərin də vəfat günü bu günə təsadüf edir. Onu da qeyd edək ki, bu gün Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə Beynəlxalq Sülh Günü, Maltada isə Müstəqillik Günüdür. Beləliklə, tarixin 21 sentyabrına nəzər salırıq.

21 sentyabrda baş verənlər:
2000-ci ildə Sidneydə keçirilən Yay Olimpiya Oyunlarında stend atıcısı Zemfira Meftahətdinova qızıl medal qazanıb. 1942-ci ildə “Boeing B-29 Superfortress” təyyarəsi ilk uçuşunu həyata keçirib. 1964-cü ildə Malta Birləşmiş Krallıqdan müstəqillik qazanıb.

21 sentyabrda doğulanlar:
1938-ci ildə azərbaycanlı şairə Nurəngiz Gün, 1840-cı ildə Osmanlı sultanı V Murad, 1842-ci ildə Osmanlı sultanı II Əbdülhəmid, 1866-cı ildə ingilis yazıçı Herbert Uells, 1909-cu ildə Qananın ilk prezidenti Kvame Nkruma, 1934-cü ildə kanadalı müğənni Leonard Koen, 1936-cı ildə rusiyalı siyasətçi Yuri Lujkov, 1947-ci ildə amerikalı yazıçı Stiven Kinq, 1954-cü ildə Yaponiyanın sabiq baş naziri Şinzo Abe, 1986-cı ildə braziliyalı futbolçu Çumbinyo, 1990-cı ildə amerikalı müğənni Fibi Rayan dünyaya gəlib.

21 sentyabrda vəfat edənlər:
1995-ci ildə azərbaycanlı kinorejissor Teymur Bəkirzadə, 1327-ci ildə İngiltərə kralı II Eduard, 1576-cı ildə italiyalı riyaziyyatçı və mühəndi Cerolamo Kardano, 1832-ci ildə şotlandiyalı yazıçı Valter Skott, 1860-cı ildə alman filosof Artur Şopenhauer, 1957-ci ildə Norveç kralı VII Haakon və 2005-ci ildə başqırdıstanlı şair Mustay Kərim vəfat edib.

Pərviz

0