Bu gün tarixin vərəqlərində 22 sentyabrdayıq.
Hit.az xəbər verir ki, bu gün də bəzi tarixi hadisələr baş verib.
22 sentyabr bir sıra görkəmli şəxsin doğum və ya vəfat günü kimi xatırlanır. Bundan əlavə, bu gün Bolqarıstan və Malidə Müstəqillik Günü, Estoniyada isə Müqavimətlə Mübarizə Günüdür. Beləliklə, tarixin 22 sentyabrına nəzər salırıq.
22 sentyabrda baş verənlər:
2010-cu ildə Bakıda “FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012”nin, 2011-ci ildə isə Boks üzrə Dünya Çempionatının təntənəli açılışı olub. Həmçinin, 1792-ci ildə Fransada Respublika elan edilib. 1980-ci ildə İraqın İranı işğal etməsi ilə səkkiz il davam edən İran-İraq müharibəsi başlayıb.
22 sentyabrda doğulanlar:
1909-cu ildə kinorejissor Səməd Mərdanov və 1996-cı ildə müğənni Nahidə Babaşlı doğulub.
Həmçinin, 1601-ci ildə Fransa kraliçası Avstriyalı Anna, 1791-ci ildə ingilis fizik Maykl Faradey, 1863-cü ildə macarıstanlı dramaturq Ferens Herçeq, 1878-ci ildə Yaponiya baş naziri Şiqeru Yoşida, 1932-ci ildə Litvanın 5-ci prezidenti Alqirdas Brazauskas, 1938-ci ildə amerikalı aktyor və müğənni Din Rid, 1957-ci ildə Ukrayna deputatı Refat Çubarov, 1976-cı ildə dahi braziliyalı futbolçu Ronaldo, 1977-ci ildə türk aktyor Ali Sunal və 1987-ci ildə ingilis aktyor Tom Felton dünyaya gəlib.
22 sentyabrda vəfat edənlər:
1964-cü ildə azərbaycanlı xanəndə İslam Abdullayev, 1520-ci ildə Osmanlı sultanı I Səlim, 1607-ci ildə italiyalı rəssam Alessandro Allori, 1774-cü ildə Roma papası XIV Klement, 1814-cü ildə alman aktyor Avqust İfland, 1956-cı ildə ingilis kimyaçısı Frederik Soddi, 1961-ci ildə amerikalı aktrisa Marion Devis və 2010-cu ildə amerikalı müğənni Eddi Fişer vəfat edib.
Pərviz
