Bu gün tarixin vərəqlərində 23 sentyabrdayıq.
Hit.az xəbər verir ki, bu gün bəzi tarixi hadisələrlə yadda qalıb.
23 sentyabr bir sıra görkəmli şəxsin doğulduğu və ya vəfat etdiyi günü kimi xatırlanır. Eyni zamanda, bu gün Səudiyyə Ərəbistanında Milli Gün, Bruneydə isə Müəllim Günüdür. Beləliklə, tarixin 23 sentyabrına nəzər salırıq.
23 sentyabrda baş verənlər:
1973-cü ildə M. F. Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Fikrət Əmirovun “Nəsimi dastanı” baletinin premyerası keçirilib. 1991-ci ildə Qarabağ müharibəsi çərçivəsində Azərbaycan, Ermənistan, Qazaxıstan və Rusiya arasında Jeleznovodsk Kommünikesi imzalanıb. 1992-ci ildə Azərbaycan ilə Vyetnam, 1993-cü ildə Albaniya, 2011-ci ildə isə Konqo Demokratik Respublikası arasında diplomatik əlaqələr qurulub. Həmçinin 1932-ci ildə Səudiyyə Ərəbistanının birləşməsi prosesi başa çatıb.
23 sentyabrda doğulanlar:
1975-ci ildə Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Zaur Zeynalov, 1969-cu ildə şair, 20 Yanvar şəhidi Ülvi Bünyadzadə, 1914-cü ildə botanik, ilk azərbaycanlı qadın biologiya elmlər doktoru Validə Tutayuq, 1928-ci ildə opera müğənnisi Firəngiz Əhmədova və 1929-cu ildə yazıçı, Əməkdar incəsənət xadimi Əfqan Əsgərov doğulub.
Həmçinin, 1495-ci ildə İmeretiya çarı III Baqrat, 1713-cü ildə İspaniya kralı VI Ferdinand, 1884-cü ildə çexiyalı yazıçı Josef Vaçal, 1930-cu ildə amerikalı müğənni Rey Çarlz, 1938-ci ildə alman və fransız aktrisa Romi Şnayder, 1943-cü ildə ispaniyalı müğənni Xulio İqlesias, 1943-cü ildə sovet və rus bəstəkarı Yevgeni Şiryayev, 1949-cu ildə amerikalı müğənni Brüs Sprinqstin və 1956-cı ildə italiyalı futbolçusu Paolo Rossi dünyaya gəlib.
23 sentyabrda vəfat edənlər:
1963-cü ildə məşhur mexanizator Sevil Qazıyeva, 1970-ci ildə yazıçı Sabit Rəhman, 2013-cü ildə aktyor Muxtar İbadov və 2015-ci ildə şair Məmməd Aslan dünyasını dəyişib.
Həmçinin, 1870-ci ildə fransız yazıçı Prosper Merime, 1939-cu ildə avstriyalı nevroloq və psixoanalizin banisi Ziqmund Freyd, 1970-ci ildə fransız aktyor Burvil, 1973-cü ildə rusiyalı rəssam Nikolay Jukov, 1973-cü ildə Çili şairi və diplomatı Pablo Neruda və 1994-cü ildə amerikalı yazıçı Robert Blox vəfat edib.
Pərviz


