Bu gün tarixin vərəqlərində 24 sentyabrdayıq.
Hit.az xəbər verir ki, bu gün sıra mühüm hadisələrlə yadda qalıb.
24 sentyabra bir sıra görkəmli şəxsin doğum günü təsadüf edir. Həmçinin, bu gün bəzi tarixi şəxslərin də vəfat günü kimi də xatırlanır. Bundan əlavə, bu gün Qvineya-Bisauda Müstəqillik Günü, CAR-da İrs Günü, Kambocada isə Konstitusiya Günüdür. Beləliklə, tarixin 24 sentyabrına nəzər salırıq.
24 sentyabrda baş verənlər:
1992-ci ildə Azərbaycan və İndoneziya arasında diplomatik əlaqələr qurulub. 1993-cü ildə Azərbaycan Müstəqil Dövlətlər Birliyinə (MDB) qoşulub. Həmçinin 1948-ci ildə “Honda” şirkəti təsis olunub. 1973-cü ildə Qvineya-Bisau Portuqaliyadan müstəqilliyini elan edib. 2015-ci ildə isə Məkkə şəhərinin yaxınlığındakı Mina dağında ziyarət zamanı yaşanan izdiham nəticəsində 2000-dən çox zəvvar həlak olub.
24 sentyabrda doğulanlar:
1857-ci ildə kimyaçı Mövsüm bəy Xanlarov, 1936-cı ildə xalq artisti, aktrisa Əminə Yusifqızı, 1943-cü ildə xalq rəssamı, heykəltəraş Fuad Salayev və 1986-cı ildə bədii gimnast Anna Qurbanova doğulub.
Həmçinin, 1501-ci ildə italiyalı riyaziyyatçı və mühəndis Cerolamo Kardano, 1599-cu ildə alman riyaziyyatçı Adam Oleari, 1884-cü ildə Türkiyənin 2-ci prezidenti İsmət İnönü, 1911-ci ildə SSRİ-nin 5-ci baş katibi Konstantin Çernenko, 1924-cü ildə gürcüstanlı balerina Vera Siqnadze və 1988-ci ildə estoniyalı müğənni Birqit dünyaya gəlib.
24 sentyabrda vəfat edənlər:
1991-ci ildə Milli Qəhrəmanlar Fazil Mehdiyev və Yusif Əliyev, 1992-ci ildə isə Milli Qəhrəman Mübariz Əhmədov Birinci Qarabağ müharibəsində şəhid olub.
Həmçinin, 1977-ci ildə azərbaycanlı şair Əhməd Cəmil, 1572-ci ildə İnk hökmdarı Tupak Amaru, 1914-cü ildə rusiyalı pedaqoq İsmayıl Qaspıralı, 1945-ci ildə alman fizik Hans Geyger, 1984-cü ildə sovet bəstəkarı Anatoli Novikov, 1996-cı ildə türk müğənni Zəki Mürən, 1998-ci ildə sovet mühəndisi Genrix Altşuller və 2004-cü ildə fransız dramaturqu Fransuaza Saqan vəfat edib.
Pərviz


