Bu gün tarixin vərəqlərində 25 sentyabrdayıq.
Hit.az xəbər verir ki, bu gün sıra tarixi hadisələrlə yadda qalıb.
Həmçinin, 25 sentyabr bir sıra görkəmli şəxsin doğum günü kimi xatırlanır. Eyni zamanda, bəzi tarixi şəxslərin də vəfat günü bu günə təsadüf edir. Onu da qeyd edək ki, bu gün Beynəlxalq Əczaçılar Günü, Nauruda isə Milli Gənclər Günüdür. Beləliklə, tarixin 25 sentyabrına nəzər salırıq.
25 sentyabrda baş verənlər:
1970-ci ildə Bakıda “Bakmil” metrostansiyasının açılışı olub. 1989-cu ildə Azərbaycan Ali Soveti suverenlik bəyannaməsini qəbul edib. 2018-ci ildə Azərbaycanın ikinci rabitə peyki “Azerspace-2”Kuru kosmodromundan Fransanın “Arianespace” şirkəti tərəfindən “Ariane-5” daşıyıcı raketi ilə orbitə buraxılıb. Həmin gün Azərbaycan və San-Tome və Prinsipi arasında diplomatik əlaqələr də qurulub.
25 sentyabrda doğulanlar:
1906-cı ildə aktrisa Solmaz Orlinskaya, 1928-ci ildə kinorejissor Arif Babayev və 1979-cu ildə repçi Elşad Xose doğulub.
Həmçinin, 1694-cü ildə Böyük Britaniyanın 3-cü baş naziri Henri Pelham, 1865-ci ildə fransız rəssam Anri Lebask, 1881-ci ildə çinli yazıçı Lu Sin, 1896-cı ildə İtaliyanın 7-ci prezidenti Alessandro Pertini, 1897-ci ildə amerikalı yazıçı Vilyam Folkner, 1920-ci ildə rusiyalı aktyor Sergey Bondarçuk, 1932-ci ildə ukraynalı opera müğənnisi Anatoli Solovyanenko, 1944-cü ildə amerikalı aktyor Maykl Duqlas, 1949-cu ildə ispan kinorejissor Pedro Almodovar, 1964-cü ildə ispan yazıçı Karlos Ruis Safon və 1992-ci ildə ispan müğənni Rozaliya dünyaya gəlib.
25 sentyabrda vəfat edənlər:
1991-ci ildə Milli Qəhrəman Sərdar Səfərov Birinci Qarabağ müharibəsi zamanı şəhid olub.
1934-cü ildə azərbaycanlı şair Mirzə Əli Möcüz, 1984-cü ildə azərbaycanlı kinorejissor Zeynəb Kazımova, 1958-ci ildə amerikalı psixoloq Con Votson, 1970-ci ildə alman yazıçı Erix Mariya Remark, 1980-ci ildə estoniya şairə Marie Under, 1983-cü ildə Belçika kralı III Leopold, 1986-cı ildə rusiyalı fizik və kimyaçı Nikolay Semyonov, 2003-cü ildə amerikalı və italyan iqtisadçı Franko Modilyani, 2012-ci ildə amerikalı müğənni Endi Vilyams və 2012-ci ildə türk ozanı Nəşət Ərtaş vəfat edib.
Pərviz

