Bu gün tarixin vərəqlərində 29 sentyabrdayıq.
Hit.az xəbər verir ki, bu gün sıra tarixi hadisələrlə yadda qalıb.
29 sentyabr bir sıra görkəmli şəxsin doğum günü və ya vəfat kimi xatırlanır. Onu da bildirək ki, bu gün Azərbaycanda Turizm İşçiləri Günü, Paraqvayda isə Bokeron Döyüşü Qələbəsi Günüdür. Beləliklə, tarixin 29 sentyabrına nəzər salırıq.
29 sentyabrda baş verənlər:
1994-cü ildə Bakıda Azərbaycan dövlət xadimi Afiyəddin Cəlilov və polkovnik Şəmsi Rəhimov yaşadıqları binaların girişində qətlə yetiriliblər. Həmçinin, 1941-ci ildə İkinci Dünya müharibəsi zamanı Almaniya qüvvələri yerli ukraynalı əməkdaşların köməyi ilə iki günlük Babi Yar qırğınına başlayıb, 1954-cü ildə isə Avropa Nüvə Tədqiqatları Təşkilatının (CERN) yaradılması haqqında konvensiya imzalanıb.
29 sentyabrda doğulanlar:
1956-cı ildə Milli Qəhrəman, şəhid mayor Zakir Yusifov, 1955-ci ildə Milli Qəhrəman Eldar Ağayev, 1945-ci ildə xalq artisti, müğənni Cavan Zeynallı, 1989-cu ildə futbolçu Maksim Medvedev və 1991-ci ildə futbolçu Rüfət Dadaşov doğulub.
Həmçinin, 1547-ci ildə ispan yazıçısı Migel de Servantes, 1561-ci ildə niderlandlı riyaziyyatçı Adrien van Romen, 1571-ci ildə italiyalı rəssam Karavacco, 1703-cü ildə fransız rəssam Fransua Buşe, 1810-cu ildə ingilis yazıçı Elizabet Qaskell, 1904-cü ildə ukraynalı yazıçı Nikolay Ostrovski, 1912-ci ildə italiyalı kinorejissor Mikelancelo Antonioni, 1931-ci ildə isveçli aktrisa Anita Ekberq, 1936-cı ildə İtaliyanın baş naziri Silvio Berluskoni, 1943-cü ildə Polşanın keçmiş prezidenti Lex Valensa, 1988-ci ildə amerikalı basketbolçu Kevin Durant, 1993-cü ildə Qazaxıstan repçisi Jah Khalib və 1994-cü ildə amerikalı müğənni Holzi dünyaya gəlib.
29 sentyabrda vəfat edənlər:
1994-cü ildə dövlət xadimləri Afiyəddin Cəlilov və Şəmsi Rəhimov, 2003-cü ildə şair Famil Mehdi və 2015-ci ildə general-leytenant Ziya Yusifzadə dünyasını dəyişib.
Həmçinin, 1902-ci ildə fransız yazıçı Emil Zolya, 1925-ci ildə Fransa baş naziri Leon Burjua, 1930-cu ildə rusiyalı rəssam İlya Repin və 2010-cu ildə amerikalı aktyor Toni Körtis vəfat edib.
Pərviz

