Bu 4 ayda doğulanların “altıncı hissi” güclü sayılır

MARAQLI
23:51 / 01.10.2026
41

Astroloqlar və numerologiya tərəfdarları bəzi aylarda doğulan insanların güclü intuisiyaya malik olduğunu iddia edirlər.

HİT.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

İddialara görə, belə insanlar ətrafındakıların diqqət etmədiyi detalları daha tez sezə, qarşı tərəfin əhvalındakı dəyişiklikləri hiss edə və bəzi hadisələrin gedişatını əvvəlcədən təxmin edə bilirlər.

İyun

İyun ayında doğulanların xüsusilə yaxınlarının davranışındakı dəyişiklikləri tez hiss etdikləri iddia olunur. Onlar danışıq tərzindəki fərqi, səs tonunu, baxışları və ya adətən çox danışan insanın qəfil susmasını belə fərq edə bilirlər.

Bu insanların intuisiyasının ailə və dostlarla münasibətlərdə daha qabarıq üzə çıxdığı bildirilir. Məsələn, yaxınlarından biri “hər şey qaydasındadır” desə də, səsindəki fərqi hiss etdikləri iddia olunur.

Oktyabr

Oktyabrda doğulanların insanları və hadisələri yalnız ilk baxışdan qiymətləndirmədikləri deyilir. Onlar sözlərlə yanaşı, pauzalara, intonasiyaya və qarşı tərəfin demədiklərinə də diqqət yetirirlər.

Numerologiyaya görə, belə insanlar hansısa hadisədə məntiqsizlik hiss etdikdə məsələni uzun müddət düşünə və ətrafındakıların nəzərdən qaçırdığı detalları bir-biri ilə əlaqələndirə bilirlər.

Fevral

Fevral ayında doğulanların ətrafındakı insanların emosional vəziyyətini daha həssas şəkildə hiss etdikləri iddia olunur. Səs-küy və gərgin mühitin onları tez yora bildiyi, sakitliyin isə daha rahat hiss etmələrinə kömək etdiyi bildirilir.

Onların intuisiyasının bəzən yuxular, qəfil yaranan düşüncələr və ya səbəbini izah etməkdə çətinlik çəkdikləri daxili hisslər vasitəsilə ortaya çıxdığı qeyd olunur.

Yanvar

Yanvarda doğulanların intuisiyasının digər aylarda doğulanlardan fərqli olduğu iddia edilir. Onlar daha çox məntiqə, faktlara və müşahidələrə əsaslanan insanlar kimi təsvir olunur.

Numerologiyaya əsasən, bu şəxslər ayrı-ayrı məlumatlar arasında əlaqəni tez müəyyənləşdirə və başqalarının hələ fərq etmədiyi qanunauyğunluqları görə bilirlər. Bəzən müəyyən nəticəyə necə gəldiklərini izah edə bilməsələr də, sonradan müşahidələrinin doğru olduğu ortaya çıxa bilər.

Samir
 

0