Astroloji proqnozlara görə, 2026-cı ilin oktyabrında bəzi bürclərin münasibətlər, maliyyə və şəxsi hədəflərlə bağlı mühüm dəyişikliklərlə qarşılaşacağı iddia olunur.
HİT.az xəbər verir ki, bu barədə "YourTango" yazıb.
Astroloji şərhlərə əsasən, Qoç, Buğa, Tərəzi, Əqrəb və Balıq bürcləri oktyabr ayında xüsusi diqqət çəkir.
Qoç
Qoçlar üçün oktyabrın əsas mövzularından birinin maliyyə və münasibətlərdə ortaq resurslarla bağlı məsələlər olacağı bildirilir. Ayın ikinci yarısında yaradıcılıq və yeni bacarıqların öyrənilməsi üçün əlverişli şərait yarana biləcəyi qeyd olunur.
Ayın sonlarına doğru keçmişdən qalan bəzi romantik məsələlər yenidən gündəmə gələ bilər. Astroloji şərhlərə görə, Qoçlar bu dəfə həmin hadisələrə daha fərqli baxa bilərlər.
Buğa
Buğalar üçün oktyabr münasibətlərə daha aydın baxış dövrü kimi təqdim edilir. Retrograd Veneranın təsiri ilə onların həyatındakı bəzi insanlarla münasibətlərini yenidən nəzərdən keçirəcəkləri iddia olunur.
Keçmiş dostların və ya əvvəlki münasibətlərin yenidən gündəmə gəlməsi mümkündür. Ayın sonunda isə gələcək qərarlarla bağlı müəyyənlik yarana biləcəyi bildirilir.
Tərəzi
Tərəzilər üçün oktyabr özünə və münasibətlərə yenidən nəzər salmaq dövrü kimi xarakterizə olunur.
Astroloji proqnoza görə, onlar artıq fayda verməyən bəzi vərdiş və düşüncələrdən uzaqlaşmağa çalışa bilərlər. Ayın ortalarından etibarən şəxsi münasibətlərə fərqli yanaşma formalaşa bilər.
Ayın sonunda isə Tərəzilərin öz istəklərini daha yaxşı anlaması və şəxsi münasibətlər barədə müəyyən nəticələrə gəlməsi gözlənilir.
Əqrəb
Əqrəblər üçün oktyabr şəxsi məqsədlərin və münasibətlərin yenidən qiymətləndirilməsi ilə yadda qala bilər.
Retrograd Veneranın təsiri ilə yaxın çevrədəki insanlarla münasibətlərə yeni prizmadan baxılması və şəxsi istəklərin daha aydın dərk edilməsi mümkün hesab olunur.
23 oktyabrdan sonra Əqrəblərin enerji səviyyəsinin artacağı və uzun müddətdir təxirə salınan məsələləri həll etmək üçün daha fəal olacaqları iddia edilir. Ayın sonlarında sevgi, dostluq və yaxınlarla münasibətlər ön plana çıxa bilər.
Balıq
Balıqlar üçün oktyabr daxili dəyişikliklər və həyat prioritetlərinin yenidən nəzərdən keçirilməsi dövrü kimi təqdim olunur.
Astroloji şərhlərə görə, əvvəllər zövq verən məşğuliyyət və ideyalara yenidən qayıtmaq istəyi yarana bilər. Ayın ikinci yarısında həyatın hansı sahələrinə daha çox diqqət yetirmək lazım olduğu daha aydın görünə bilər.
Ayın sonunda dostlarla münasibətlər və sosial çevrə ilə bağlı müəyyən nəticələrə gəlmək mümkün olacaq.
Samir


