Bu gün tarixin vərəqlərində 5 oktyabrdayıq.
Hit.az xəbər verir ki, bu gün sıra tarixi hadisələrlə yadda qalıb.
Həmçinin, 5 oktyabr bir sıra görkəmli şəxsin doğum günü kimi xatırlanır. Eyni zamanda, bəzi tarixi şəxslərin də vəfat günü bu günə təsadüf edir. Onu da qeyd edək ki, bu gün BMT tərəfindən elan olunmuş Beynəlxalq Müəllimlər Günü, həmçinin Portuqaliyada Respublika Günü, Pakistan və Rusiyada isə Müəllim Günü kimi qeyd olunur. Beləliklə, tarixin 5 oktyabrına nəzər salırıq.
5 oktyabrda baş verənlər:
1918-ci ildə “Şeypur” jurnalı ilk dəfə nəşr olunub. 1999-cu ildə Milli Məclisin qəbul etdiyi qərarla Port-İliç şəhərinin adı dəyişdirilərək Liman olub. 2020-ci ildə İkinci Qarabağ müharibəsi çərçivəsində Azərbaycan Silahlı Qüvvələri Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi işğaldan azad edib. Həmin gün Gəncə şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən 2-ci dəfə raket atəşinə tutulub. Həmçinin, 1962-ci ildə Yan Fleminqin romanları əsasında çəkilmiş Ceyms Bond film seriyasının birincisi olan “Həkim Nou” Böyük Britaniyada nümayiş olunub.
5 oktyabrda doğulanlar:
1967-ci ildə Milli Qəhrəman, şəhid Namiq Allahverdiyev və 1968-ci ildə Milli Qəhrəman, şəhid Cəmil Niftəliyev, 1935-ci ildə futbolçu və baş məşqçi Əhməd Ələsgərov, 1935-ci ildə bəstəkar, xalq artisti Xəyyam Mirzəzadə, 1966-cı ildə Milli Məclisin III, IV, V, VI və VII çağırış deputatı Jalə Əliyeva dünyaya gəlib.
Həmçinin, 1713-cü ildə fransız filosof Deni Didro, 1781-ci ildə çexiyalı riyaziyyatçı Bernhard Bolzano, 1864-cü ildə fransız mühəndis Lui Lümyer, 1882-ci ildə amerikalı mühəndis və fizik Robert Qoddard, 1919-cu ildə ingilis aktyor Donald Plezens, 1936-cı ildə Çexiyanın 1-ci prezidenti Vatslav Havel, 1943-cü ildə rusiyalı aktrisa İnna Çurikova, 1952-ci ildə Tacikistanın 3-cü prezidenti Emoməli Rəhmon, 1952-ci ildə Pakistanın keçmiş baş naziri İmran Xan, 1958-ci ildə amerikalı astrofizik Nil Deqrass Tayson və 1975-ci ildə ingilis aktrisası Keyt Uinslet doğulub.
5 oktyabrda vəfat edənlər:
1285-ci ildə Fransa kralı III Filip, 1880-ci ildə fransız bəstəkarı Jak Offenbax, 1992-ci ildə türkiyəli diplomat Adilə Ayda, 1993-cü ildə rusiyalı dramaturq Aleksandr Şteyn, 2011-ci ildə “Apple” şirkətinin həmtəsisçisi, texnologiya giqantının rəhbəri Stiv Cobs və 2015-ci ildə türkiyəli aktrisa Tomris İncer dünyasını dəyişib.
Pərviz


