Müdafiə Sənayesi Nazirliyinə məxsus “Xaçmaz Kondensator Zavodu” MMC-nin direktoru Telman Məlikov vəzifəsindən azad edilib.
HİT.Az Report-a istinadən xəbər verir ki, müəssisəyə rəhbərlik Maarif Bağırova həvalə olunub.
O, bundan əvvəl Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşlarını qida ilə təchiz edən “Xəzər İaşə” MMC-nin ümumi məsələlər üzrə direktor müavini işləyib. Yeni direktor paralel olaraq Azərbaycan Karate Federasiyasının prezidenti kimi fəaliyyət göstərir.