Kürdəmirin Pirili kəndində koronavirusa yoluxanların sayı 45-ə çatıb.
Hazırda aidiyyəti qurumlar kənddə gücləndirilmiş iş rejimində çalışırlar.
Qeyd edək ki, Bakının Qaradağ rayonundan kəndə yas mərasiminə gələn Güleyşə Hüseyn qızı Əhmədova kənddə koronavirusun geniş yayılmasına səbəb olub. Hazırda 5 evdə infeksiya ocağı aşkarlanıb. Artıq qonşu evlərdə dezinfeksiya işləri aparılıb və yaxma analizləri götürülüb.
Kürdəmir Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, kəndin karantinə alınması nəzərdə tutulur.
Report.az