Su problemi necə həll olunacaq? - Nazirdən açıqlama (VİDEO)

22:47 / 28.07.2020
954

Ölkə ərazisində su qıtlığının yaranması kənd təsərrüfatında problemlərə səbəb olur. Bundan sonra suvarma sistemləri subsidiyalaşdırılacaq. Bunu Kənd təsərrüfatı naziri İnam Kərimov Şamaxıda taxıl biçininin gedişatı ilə tanış olarkən bildirib.

Dünyada iqlim istiləşməsi,həmçinin quraqlıq hava şəraiti su probleminin yaranmasına səbəb olur. Azərbaycanda kənd təsərrüfatı sahəsi bu problemdən ciddi təsirlənir.

Azərbaycanda sahələrin suvarılmasında müasir suvarma sistemlərindən istifadə edilməsi üçün addımlar atılır.kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki,suvarma sistemlərinin subsidiyalaşdırlması üçün əlavə vəsait ayrılıb.Yeni suvarma sistemləri suya qənaət edəcək.

Nazir İnam Kərimov onu da qeyd edib ki, yeni su ehtiyatları yaradılacaq.Bunun üçün Dövlət başçısı tərəfindən tapşırıqlar verilib.

Kənd təsərrüfatı naziri İnam Kərimov Şamaxı rayonun Qızmeydan kəndində, yüksək dağlıq, relyefi çətin ərazidə müasir kombaynlar vasitəsilə biçin prosesinin gedişini izləyib.

0
Pravda.az