Azərbaycanda 1 nəfərin onlarla insanı koronavirusa yoluxdurduğu kənddən VİDEOREPORTAJ

ÖLKƏ
09:03 / 29.07.2020
1870

“Sosial məsafələri qoruyun, yaxın təmasdan qaçın” sözləri pandemiya dövrünün ən məşhur tövsiyəsinə çevrilib. Lakin nə xeyri..? Nə tövsiyələr dinlənir, nə də insanlar özlərini qoruyur.  Bu ərəfələr kütləvi toplanış yerlərində yaxın təmas birə-bir təhlükə mənbəyidir. 

Milli mentalitetimizdə sakinlərimiz nə qədər cana yaxın olsalar da, dünyanı cənginə alan bu hücum dövründə gərək bu xüsusiyyətimizdən müvəqqəti də olsa, əl çəkək. Çünki onlar da yasa yığışmışdılar. Dünyadan köçən bir insanı son mənzilə yola salmaq üçün bir araya gəlmişdilər. Nəticəsi isə budur. Baxın, bircə anın içində virus daşıyıcısı olan bir insan başqa şəhərdən yasa gəlir və oradakı xeyli sayda insanı da yoluxdurur. 

Söhbət Kürdəmirin Pirili kəndindən gedir. Bakıdan Kürdəmirə yasa gələn qadın 45 nəfərin koronavirusa yoluxmasına səbəb olub.

Məsələ ilə bağlı, nəinki rayon, ümumrespublika səviyyəsində həyəcan təbili çalınıb. Təəssüflər olsun ki, qısa aralarla bu təbilin səsi artıq ikinci dəfədir eyni məkandan gəlir. Yenə aidiyyəti qurumlar səfərbər olub, yenə hüquq mühafizə orqanları gecə-gündüz demədən nəzarəti artırıb. Kənddə mütamadi olaraq dezinfeksiya işləri aparılır.

Ətraflı Baku TV-nin videosüjetində:

0