Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
HİT.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis baş leytenantı Nəsimi Cəfərov Daşkəsən Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin rəisi vəzifəsinə təyin edilib.
O, buna qədər həmin şöbənin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində çalışıb.