Bakıda jurnalistin evindən oğurluq edildi - FOTO

12:48 / 29.07.2020
990

APA İnformasiya Agentliyinin müxbiri Ramiz Mikayıloğlunun yarımtikili həyət evindən oğurluq olub.

HİT.Az-ın məlumatına görə, hadisə iyulun 27-də baş verib.

Həyət evindən alüminium materialdan hazırlanmış pəncərələr xüsusi alətlərlə sökülürək oğurlanıb. Ümumilikdə dəyən ziyanın məbləği 2500 manatdan çoxdur.

Faktla bağlı Binəqəd Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində araşdırma aparılır.

1