Bayram günləri ictimai nəqliyyat işləyəcəkmi? - RƏSMİ

ÖLKƏ
13:07 / 29.07.2020
1869

Baş Nazir Əli Əsədovun “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2 dekabr 2019-cu il tarixli sərəncamına əsasən, 2020-ci il iyulun 31-i və avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.

Beləliklə, 1 avqust şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 3 avqust - bazar ertəsi ilə yeri dəyişdiriləcək, bazar ertəsi də qeyri-iş günü olacaq.

Bəs, bayram günlərini əhatə edəcək 4 gün müddətində ictimai nəqliyyat işləyəcəkmi? Bu, sərnişinləri maraqlandıran suallardan biridir. Buna cavab tapmaq üçün Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət etdik. Qurumdan BAKU.WS-ə bildirildi ki, Operativ Qərargahın qərarına əsasən, sərt karantin rejimi çərçivəsində şənbə və bazar günlərində ictimai nəqliyyatın işi dayandırılacaq. Bununla yanaşı, ictimai nəqliyyatın bu cümə və gələn bazar ertəsi işləyəcəyi ilə bağlı yeni qərar verilsə, əhali məlumatlandırılacaq. 

3