Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibətilə bu il fətva verilməməsinə aydınlıq gətirib.
HİT.Az xəbər verir ki, o, bu barədə din xadimləri ilə videokonfrans formatında görüşü zamanı danışıb.
Allahşükür Paşazadə bildirib ki, ən müqəddəs dəyər olan insan həyatıdır və insan həyatının qorunması məqsədi ilə ibadət məkanları müvəqqəti bağlıdır. Pandemiya dövrünün məcburi təcrid tədbirləri səbəbindən müqəddəs Həcc ziyarəti belə təxirə salınıb. Bu səbəbdən bayram namazı və qurbanlıq ibadəti ilə bağlı bu il üçün gündəmdə olan müəyyən özəl fərqliliklər nəzərə alınmalıdır.
QMİ sədri bu özəllikləri yerlərdə insanlara çatdırmağı və Qurban bayramı günlərində imkansız, ehtiyacı olan insanlara maddi, mənəvi yardımın bəyənilən əməl olduğunu hər yerdə təlqin edilməsini tövsiyə edib.