Lənkəranda DSK-nın həyətində toyuq-cücə saxlanılır - VİDEO

15:40 / 29.07.2020
1657

73 saylı Lənkəran Şəhər Dairə Seçki Komissiyasına məxsus ərazinin həyəti təsərrüfat məqsədləri üçün istifadə edilir.

HİT.Az xəbər verir ki, bu barədə Oxu.az-a Lənkəran sakinləri məlumat veriblər.

Bildirilib ki, DSK-ya məxsus binanın həyətində tərəvəz əkilir, toyuq-cücə saxlanılır.

Həmin DSK-nın sədri Kərim Heydərov isə burada təəccüblü bir şey görmür. K.Heydərov açıqlamasında deyib ki, DSK-nın gözətçisi həmin ərazidə yaşayır.

“Mən özüm gözətçiyə demişəm ki, həyət-bacanı ot basmasın, ora səliqəyə salınsın. Gözətçi boranını, pomidoru əkib Moskvaya satmır. Orada ağac da əkilib, burada qeyri-adi nə var ki?!”, - deyə K.Heydərov əlavə edib.

K.Heydərov daha sonra bildirib:

“Gözətçiyə mən tapşırmışam. Səhər gələndə həyətə girirəm, baxıram görürəm ki, iki dənə xiyar. Mən də yeyirəm. Orada bütün sahə üzrə tərəvəz əkilməyib ki! Altı-yeddi dənə xiyardır, dörd-beş dənə pomidordur, iki-üç dənə də boranı”.

DSK sədri qeyd edib ki, həmin idarənin ərazisində yardımçı təsərrüfatın yaradılması qanunazidd deyil.

 

0