Rusiyadakı “Vektor” Elmi-Tədqiqat Mərkəzi tərəfindən COVID-19 peyvəndi hazırlanıb. Peyvəndin 2020-ci ilin sonunda və ya 2021-ci ilin əvvəlində kütləvi istehsala hazır olacağı gözlənilir.
HİT.Az xəbər verir ki, “Rossiya 24” kanalına müsahibəsində mərkəzin laboratoriya müdiri İlnaz İmatdinov belə deyib.
O bildirib ki, dərman xəstəliyi keçirmiş insanlar üçün də lazım olacaq. Çünki COVID-19 anticisimləri orqanizmdə cəmi bir neçə ay qalır.