Bakını bürüyən tozun səbəbi nədir? - Rəsmi açıqlama

ÖLKƏ
17:30 / 29.07.2020
1193

Bakı şəhəri və Abşeron yarımadasında tozun miqdarı normadan artıqdır. 

HİT.Az xəbər verir ki, bu barədə məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yayıb. 

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin mütəxəssislərinin apardığı monitorinqin nəticələrinə əsasən bu gün günorta saatlarından başlayaraq Bakı şəhəri və Abşeron yarımadasında havada tozun miqdarının normadan artıq olduğu müəyyən edilib. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib: “Buna səbəb Bakı şəhəri və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir 23-25 m/s-dək güclənməsi və nəticədə istehsalat ərazilərində formalaşan tozun atmosferin yuxarı təbəqələrinə qalxmasıdır”.

V.Əliyevin sözlərinə görə, meteoroloji şəraitlə əlaqədar yaxın iki gün ərzində havada tozun miqdarının normadan artıq olacağı proqnozlaşdırılır.

0